Qəddafinin oğlunu həbsxanada belə döydülər - VİDEO

Qəddafinin oğlunu həbsxanada belə döydülər -  VİDEO

Liviya Prokurorluğu internetdə sabiq Liviya lideri Müəmmər Qəddafinin oğlunun Tripoli həbsxanasında döyülməsini əks etdirən video görüntünün yayılmasından sonra araşdırmalara başlayıb.

Bu haqda Sfera.az "Reuters"-ə istinadən xəbər verir. 

Görüntülərdə hüquq-mühafizə orqanları əməkdaşlarının 42 yaşlı Saadi Qəddafini sifət nahiyəsindən vurmaları əks olunur. Daha sonra polislər onun ayaqlarını boruya bağlayaraq döyürlər.

Tripoli prokuroru məsuliyyətə cəlb etmək məqsədilə videoda əks olunan hüquq-mühafizə orqanları əməkdaşlarını tapacağını açıqlayıb. 

`Human Rights Watch` təşkilatı belə bir videonun yayılmasından sonra öz narahatlığını bildirib. Qurumun Yaxın Şərq üzrə direktorunun müavini Co Storkun sözlərinə görə, yayılan video `Əl-Hadba` həbsxanasında saxlanılan Saadi əl Qəddafi və digər saxlanılan şəxslərin sorğulanması zamanı istifadə olunan metodlara dair ciddi narahatlıq doğurur`.


OXŞAR XƏBƏRLƏR

Bayramda avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsəd...

Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kə...

Sudanın Suveren Keçid Şurasının Sədri İlham Əliyevə başsağlığı verdi

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib...

"NATO Baltik dənizində hərbi mövcudluğunu artıracaq" - Rutte

NATO Baltik dənizində hərbi mövcudluğunu artırmaq qərarına gəlib.   Sfera.az bildirir ki, bu barədə Alyansın Baş katibi Mark Rutte sosial media hesab...

Azərbaycan, Qazaxıstan və Özbəkistan “Yaşıl Dəhliz Birliyi” müəssisəsi yaradıb

Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli elektrik enerjisi şirkətləri arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin Təsis Müqavi...

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi, bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzal...