“Huawei”yə qarşı rəsmi ittiham irəli sürüldü

“Huawei”yə qarşı rəsmi ittiham irəli sürüldü
Amerika tərəfi "Huawei” şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi olaraq ittiham irəli sürüb.

Bu barədə ABŞ-ın baş prokuroru vəzifələrini icra edən Metyu Uitakerə istinadən CNN telekanalı məlumat yayıb.

"Bu gün biz telekommunikasiya nəhəngi olan "Huawei” və onun tərəfdaşlarına qarşı təqribən iyirmi ehtimal olunan cinayət üzrə ittiham irəli sürdüyümüzü elan edirik”, – deyə məlumatda bildirilir.

ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, "Huawei” "T-Mobile” şirkətinin kommersiya sirlərini oğurlamağa cəhddə və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sankisyaları pozmaqda ittiham olunur.

Bundan əlavə, Maliyyə Nazirliyi "Huawei” şirkətinin maliyyə direktoru Men Vançjouya qarşı da rəsmi ittiham irəli sürüldüyünü elan edib.

Report.az


OXŞAR XƏBƏRLƏR

Bu gün Qaqarinin kosmosa uçduğu gündür - 64 il ötür

Bu gün, 12 aprel, bütün dünyada Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar tarix bəşəriyyətin ...

Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - Normallaşma prosesi müzakirə edilib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" ...

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Bu...

Azərbaycan, Ermənistan, Gürcüstan XİN başçıları bir arada - Antalyada panel keçirilir

Antalyada keçirilən IV Diplomatiya Forumunda “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” başlıqlı panel başlanıb.   ...

Növbəti həftə 3 bürc üçün düşərli olacaq - Proqnoz

Növbəti həftə Qoçlar, Buğalar və Balıqlar da daxil olmaqla bir çox bürc üçün uğurlu inkişaflar və gözlənilməz müjdələr vəd edir.   Sfera.az astroloql...

Avtomobillərdən böyük məbləğdə pul oğurlanıb - DİN

Bakıda vətəndaşın kreditə götürdüyü pul kartından oğurlanıb.   Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.   Bildiril...