Sonsuzluq diaqnozu qoyulan qadının 2 uşağı oldu

Sonsuzluq diaqnozu qoyulan qadının 2 uşağı oldu
İngiltərədə sonsuzluq diaqnozu qoyulan qadın iki uşaq dünyaya gətirib.
 
Belə ki, 2007-ci ildə yumurtalıqların yumurtalıqların polikistoz sindromu diaqnozu qoyulan britaniyalı Hanna Karpenter həkimləri heyrətləndirib.
 
Suffolok qraflığının İpsuiç şəhərinin sakinləri olan ər-arvad uşaq sahibi olmaq üçün bütün vasitələrdən istiadə edibmişlər. Lakin cəhdləri boşa çıxırmış. Karpenterin sözlərinə görə, o, daimi idmanla məşğul olandan sonra hamilə qala bilib. Halbuki həkimləri yekun olaraq qadına sonsuzluq diaqnozu qoymuşdular. İlk uşağını 3 il əvvəl doğan Hanna daha bir övladını da dünyaya gətirib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR