Prezidentlərin gözəgörünməz oxşarları- Şok faktlar
Ölkə başçılarının oxşarlarının olması həmişə maraqlı araşdırma mövzusu olub. Adətən oxşarlar cəmiyyətdən təhlükəsizlik məqsədi ilə gizlədilir.
Dünya liderlərinin oxşarlarının müxtəlif dövlət tədbirlərində öz oxşarlarını əvəz etməsi tarixdə hələ qədimdən mövcuddur. Hələ Qədim Romada bu üsuldan istifadə edərək imperatorların təhlükəsizliyini təmin edirdilər. Dünyada ən çox sui-qəsdə məruz qalan imperator Qay Yuli Sezarın bir neçə oxşarı olub.
Müasir dünya liderləri bir neçə oxşarlarının xidmətindən istifadə edirdilər. İraq diktatoru Səddam Hüseynin həyatının son ayları yəqin ki, hamı üçün maraqlıdır.
2006-cı ildə asılaraq edam olunan Səddam Hüseynin bu dəhşətli sonluğu bütün dünyanı şoka saldı. Ancaq o edam edildikdən sonra onun özü yox oxşarının edam edilməsi dünya gündəmindən düşmədi. İraq diktatorunun 10 oxşarının olmasını hətta diktatorun yaxınları da təsdiq edirdilər.
Suriya lideri Bəşər Əsədin də bir neçə oxşarı olması danılmaz faktdır. 10 dəqiqə aralığında iki rəsmi tədbirdə Bəşər Əsədin görünüşü bütün dünya mətbuatını çaşdırmışdı. Suriya dövlət administrasiyasının səhvi nəticəsində ölkə lideri 2016-cı ildə iki dövlət tədbirində iştirak etmişdi. Bu fakt dünya liderlərinin bir neçə oxşarı olması versiyasını təsdiqləyir. Şimali Koreya lideri Kim Çen İnin də oxşarlardan istifadə etməsi danılmaz faktdır.
Bu ölkə liderlərinin təhlükəsizliyi üçün atılan ən vacib addımlardan biridir.
Hakimiyyətdə olanların liderlər həm düşmənləri, həm də müttəfiqlərini aldatmaq üçün öz oxşarlarından istifadə etmələri təəccüb doğurmur.
ABŞ-da prezidentlər bu təcrübədən çoxdan istifadə edirlər.
İlk prezidentliyin dövründə Corc Vaşinqton iki oxşarının xidmətindən istifadə edirdi. Hətta iddia edilir ki, 1 dollarlıq əskinazın üzərindəki şəkil Corc Vaşinqtona yox, onun oxşarı Adam Weishaupta məxsusudur. Çünki aparılan araşdırmalar bunu deməyə əsas verir.
ABŞ kimi keçmiş SSRİ-də də oxşarlardan istifadə ediblər. Sovet hakimiyyəti illərində ən çox oxşarı olanlardan biri Leonid Brejnev olub. Ancaq öz qəddarlığı ilə seçilən İosef Stalinin də bir neçə oxşarı olub.
Bu oxşarlar içərisində Sovet ordusunun Qafqaz əsilli generalı Rəşid Dadayevin xüsusi yeri var idi. KQB də " FELİX " kod adı ilə tanınan Rəşid Dadayev , Stalinə qarşı suiqəst təhlükəsi olduğu üçün 1942-ci ildən etibarən Stalinin dublyoru olaraq bir çox tədbirlərə iştirak edirdi. Onun danışıq tərzi, səs temperi də Stalinin səs temperinə çox oxşayırdı. Rəşid Dadayev danışanda onu ən yaxın adamları belə ayırd edə bilmirdi.
Hətta 4–11 fevral 1945-ci ildə keçirilən Yalta konfransında Stalinin deyil, Rəşid Dadayevin iştirak etdiyi bildirilir. Rəşid Dadayev bunu öz müsahibələrinin birində də təsdiq edib.
30 aprel 1945-ci ildə Berlində bunkerdə Adolf Hitler və həyat yoldaşı Eva Braun intihar etməsi xəbəri yayıldı.
Amma həqiqətən intihar edən Adolf Hitler idi? Çünki 42 sui-qəsdən Hitler sağ çıxmışdı. İntihar edən şəxsin onun oxşarı Qustav Velerin olması iddiası uzun illərdir davam edir. Hətta Hitlerin ömrünün sonuna qədər Cənubi Amerakada yaşadığı iddia edilir. Maraqlı məqam isə Hitlerin intihar etdiyi bunkerdə Qustav Velerin Hitlerlə bir yerdə olduğunu söyləyən şahidlərin söylədikləri idi. Hitlerin harada olduğunu heç onun yaxınları da bilmirdi.
Bəzi məlumatlara görə, müharibə əvvəli və müharibə zamanı Hitler dəfələrlə müxtəlif adamları onun həmkarları kimi istifadə edirdi. Onlardan biri - Julius Shrek Fuhrer ilə olduqca oxşar idi.
Ruslar Velerin cəsədi tapdıqda, onlar Hitlerin cəsədi olduğuna inandılar.
Bu gün çox oxşarı olan prezidentlərdən biri Rusiya prezidenti Vladimir Putindir. Hətta rusiyalı jurnalistlər zarafatla biri-birinə, bu gün hansı Putinlə görüşürük?- deyə soruşurlar. Putinin qısa zaman ərzində dəyişimi jurnalistlərin şübhəsinin əbəs olmadığını ortaya qoyur.
Qoşqar Salmanlı