BAKIDA ŞOK BİABIRÇILIQ - Paytaxtda Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobuslar satılır

17:25 / 28.01.2019
3432
Bakıda satışda Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobuslar görünməyə başlayıb.
Bu qlobuslarda Naxçıvan ərazisi Azərbaycandan ayrı göstərilərək, Ermənistan ərazisinə daxil edilib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü təhrif edən bu qlobuslar Çində hazırlanaraq, Bakıya gətirilib. Qlobusları Azərbaycana "Papirus” adlı şirkət gətirib və ölkədəki bütün satış məntəqələrinə paylanılır.
Bu qlobuslar Müşfiqabad qəsəbəsində "Davud market”də görünüb./avropa.info/
