Bakıda bağlanmış marşrutlarla bağlı yenilik olacaq

Bakıda bağlanmış marşrutlarla bağlı yenilik olacaq

Yaxın günlərdə istiqaməti dəyişdirilmiş və ya tamamilə xəttdən çıxarılmış marşrutlar üzrə yeniliklərin tətbiqi nəzərdə tutulur. 

Sfera.az xəbər verir ki, Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Avropa Oyunları ərəfəsində və yarışlar keçirilən zaman avtomobil yollarında yarana biləcək sıxlığın qarşısının alınması və keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi məqsədi ilə paytaxtda bəzi marşrut xətlərinin istiqaməti dəyişdirilmiş, bir neçəsi isə tamamilə bağlanmışdı.

Artıq oyunlar başa çatdığı üçün nazirlik nəqliyyat sisteminin optimallaşdırılması prinsipi ilə bu məsələyə yenidən baxır.

Avropa Oyunları ərəfəsində “Baku Bus MMC” tərəfindən paytaxta gətirilən yeni avtobusların şəhərdaxili sərnişindaşıma məqsədi ilə istismara verilməsi planlaşdırılır.

Hazırda yeni marşrutların müəyyənləşdirilməsi üçün paytaxtda eyni istiqamət üzrə hərəkət edən marşrut xətlərinin olub-olmaması məsələsi araşdırılır.

Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar iyun ayından Bakıda üç qapılı iti tutumlu avtobusların bəziləri xidmətləri yığışdırılıb, 14 saylı marşrut 24 saylı, 90 saylı avtobus 83 saylı, 86 saylı marşrut 29 saylı marşrutla əvəz olunub. 20, 188, 53 saylı avtobuslar ümumiyyətlə ləğv edilib, 120 saylı avtobusda maşınlar təzələnib, 124 sayl avtobusun hərəkət xətti 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrutun şəhərin mərkəzində hərəkət etməsinə icazə verilmir, 70 saylı avtobusun istiqaməti dəyişdirilib, 95 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb.


OXŞAR XƏBƏRLƏR

Yaralıların qohumları Qazaxıstana yola salınır

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 soydaşımızın Qa...

Azərbaycanda bələdiyyələr qrant ala biləcək

Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsaslar yaradılması ilə bağlı qanun təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliy...

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.   Sfera.az xəbər verir ki, bu barədə Prezide...

Unibank jurnalistlər üçün seminar keçirdi - FOTO

Unibank jurnalistlər üçün “Dayanıqlı maliyyə: trend və perspektivlər” mövzusunda seminar keçirib.   Tədbir “Media savadlılığı&rdquo...

Almaniyada prezident parlamenti buraxdı - Növbədənkənar seçki olacaq

Almaniyda koalisiya hökumətinin dağılmasından sonra erkən seçkilərə qərar verilib. Prezident Frank-Valter Ştaynmayer kansler Olaf Şolzun üçtərəfli koalisiyasını...

Ukrayna XİN başçısı Azərbaycana başsağlığı verdi

Ukrayna Xarici işlər naziri Andrii Sybiha AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana ba...