Azərbaycanda satılan lotereya biletləri barədə xəbər

14:56 / 26.01.2019
3527
İqtisadiyyat Nazirliyi yanında "Azərlotereya” ASC-nin lotereya biletlərinin satışının təşkili xidmətinin satın alınması ilə bağlı ötən il dekabrın 25-də elan etdiyi açıq tenderin nəticəsi açıqlanıb.
Tenderin qalibləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC, eləcə də "Lotto Yayım” və "Mobil Loto” MMC-lər, "Azərinteltek” QSC olub.
Bundan sonra Azərbaycanda lotereya biletlərini bu 4 şirkət satacaq.