Bakıda kişiləri soyan sosial şəbəkə əxlaqsızları - FOTOLAR

Bakıda kişiləri soyan sosial şəbəkə əxlaqsızları -  FOTOLAR
Bakıda əxlaqsızlıqla məşğul olan qadınların "yuvası" açıq-aşkar reklam olunur. Bakı sakini Cavid Babayev sosial şəbəkələrdə yayılan belə reklamlardan birinin qurbanı olub.

Sfera.az baku.ws-ə istinadən bildirir ki, onun dediyinə görə, bir dəfə gözəl şəkli yayılan xanıma "gözü düşüb". Həmin xanımla əlaqədə olmaq istəyən Cavid Babayev görüş təyin edib. "Odnoklassniki.ru" saytı vasitəsilə tanış olduğu Lalə adlı "gözəlçə" Cavid Babayevə Səməd Vurğun bağında görüş təyin edir. Onlar bara girirlər. Qız Caviddən 50 manat alır. Qız sonradan ona şərab almasını istəyir. Bahalı şərabı aldıran qız, tualetə getmək adı ilə aradan çıxır. Cavid Babayev aldandığını anlayır və getmək istədikdə ondan 350 manat ödəmə tələb edirlər. Pulu verə bilməyən Cavid Babayevə zor tətbiq edirlər.

Əslində belə hadisələr tək Cavid Babayevin deyil, bir çox kişinin başına gələ bilər. Baku.ws-in məlumatına görə, fahişə qadınlar özlərini sosial şəbəkələr vasitəsilə reklam edərək, intim xidmət göstərdikləri barədə məlumatlar yerləşdirirlər.

"Odnoklassniki.ru" və Facebook saytı vasitəsilə fahişə qadınlar xidmət təklif edir və öz müştərilərini görüşə çağırırlar. Qadınlar seks əvəzində 25, 30, 50 və 100 manat tələb edirlər.

Kişilər həmin qadın profilindəki nömrələrə zəng edir, telefona cavab verən qadınlar onlara zəng edən qurbanlarına görüşmək üçün əsasən "Sahil", "28 May", "Gənclik" metrosu yaxınlığına, Karl Marks dairəsinə, Səməd Vurğun bağına, Anadolu restoranına, "Tarqovı" kimi tanıdığımız əraziyə dəvət edirlər. Sonradan isə fahişələr "qurban"larını tora salırlar.

Əgər belə bir hadisə ilə qarşılaşsanız, o zaman mütləq polisə şikayət edin

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...