Sürücü dərdini danışdı, yol polisi ağladı - Azərbaycanda- VİDEO

Sürücü dərdini danışdı, yol polisi ağladı - Azərbaycanda- VİDEO
Sürücüyə cərimə yazmayıb

Vətəndaşlardan biri yol polisi ilə bağlı yaşadığı bir hadisəni danışaraq video çəkib və sosial şəbəkələrdə paylaşıb. Vətəndaş deyir ki, özünə məxsus olan köhnə VAZ 2104 markalı avtomobil ilə yük daşıyır. Avtomobilin üstündə standartlara uyğun olmayan baqaj olub. Yol polisi sürücünü saxlayaraq bunun qanunsuz olduğunu bildirib. Eyni zamanda avtomobilin stop isıqlarından biri də işləməyib. YPX əməkdaşı sənədləri tələb edən zaman sürücünün sənədləri də özündə olmayıb.
 
Bununla belə yol polisi sürücünü YPX avtomobilinə dəvət edərək iki cərimədən birini seçməsini və protokol tərtib edəcəyini bildirib. Sürücü cərimənin məbləğini soruşub. Yol polisi isə 50 və 60 manat olduğunu deyib. 

Bundan sonra sürücü yol polisinə imkanı olmadığını, 4 övladını saxlamaq üçün bu maşınla pul qazandığını deyib. Ardınca çətinliklərini qeyd edib. Sonda isə bildirib ki, avtomobildə olan bayraqlardan başqa heç maşının dəyəri belə yoxdur. 

Sürücü deyir ki, bu sözlərdən sonra yol polisinin gözlərinin yaşadığını və ağladığını görüb. "Üzümü ona çevirəndə gözlərindən yaş damcıları yerə düşdü.  Bu hadisə mənə çox pis təsir etdi. YPX əməkdaşı mənə cərimə yazmadı və getməyimi istədi. Maşında əyləşib 10 dəqiqə ərzində gedə bilmədim. Bir anlıq düşündüm ki, Azərbaycanda bu cür insanlar var və bu xalqın gələcəyi belə insanlar üzərində qurulacaq." 

Sürücü həmin yol polisinin adını qeyd etməyib. "Fikirləşdim ki, bəlkə onun üçün problem olar. Amma bir daha deyirəm ki Allah ondan razı olsun. Nə yaxşı ki, belə insanlar var. Ona təşəkkürümü bildirirəm."
 
]
 
///avtosfer.az
 


 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...