Bakı-Sumqayıt qatarını avtopilot idarə edəcək

Bakı-Sumqayıt qatarını avtopilot idarə edəcək
Bakı-Sumqayıt istiqaməti üzrə bu ilin sentyabrın 15-də xəttə buraxılması planlaşdırılan İsveçrənin "Stadler Rail Group” şirkətindən alınan ikimərtəbəli qatarlar platformada hazır vəziyyətdədir.
 
 İkimərtəbəli qatarların maşinist-təlimatçısı Fikrət Kərimovun verdiyi məlumata görə, yeni qatarda ən müasir sistem mövcuddur: "Burda bütün idarəetmə sistemi kompüter vasitəsi ilə idarə olunur. Elektron prosessorlar burda verilən komandaları demək olar ki səhvsiz yerinə yetirirlər”.
 
Maşinist-təlimatçının sözlərinə görə, sərnişinlər burada özünü komfortda hiss edəcək:
 
"Bu qatarlar 160 km/sürətlə hərəkət edir. Sərnişinlər özlərini yol boyu komfortda hiss edəcəklər. Belə ki, qatar kondisoner və “Wi-Fi” sistemi ilə təchiz edilib, oturacaqlar yumşaq və rahatdır. Birinci vaqon biznes-klass olmaqla, 88 nəfər sərnişin tutumuna malikdir. Bundan sonra iki orta vaqon 94 nəfər, digər vaqon isə 120 nəfər sərnişin tutur”.
 
Bu qatarda bütün təhlükəsizlik tədbirləri nəzərdə tutulub.Əgər hansısa səbəbdən sərnişin qatarı saxlamaq istəyirsə qırmızı rəngdə stop kranlar quraşdırılıb. Sərnişinlər istənilən vaxt qatarı saxlaya bilər. Qeyd edək ki, əgər stop kranlar sərnişinlər tərəfindən qırıldıqda maşinist 10 saniyə ərzində displey vasitəsi ilə təhlükə barəsində məlumat almış olur.  Vaqonlarda həmçinin yanğınsöndürən qurğuların sayı da çoxdur.
 
Kərimov ikimərtəbəli qatarları idarə etməyin köhnələrdən asan olduğunu da əlavə edib. 
"Əvvəllər sərnişinlər stop kranları hardasa axtarmalı idi, amma indi konkret yerlərdə belə sistemlər quraşdırılıb. Maşinistlə hər vaqonda sərnişinlərin əlaqə qurması üçün xüsusi cihazlar var. Köhnə qatarlarda bu sistemlər çox zəif idi”.
 
Kərimov bildirib ki, kameralar sərnişinlərin hər bir hərəkətini, eləcə də maşinistin qatarı necə idarə etməsini belə lentə alır. Kameralara xüsusi servis briqadası nəzarət edir. 
 
Gələcəkdə bu qatarlar avto-pilot sistemi (yəni, qatar özü hərəkət edəcək, platformalar arasında dayanacaq, maşinist isə sadəcə qatara nəzarət edəcək) ilə idarə olunacaq. 

OXŞAR XƏBƏRLƏR

Yaralıların qohumları Qazaxıstana yola salınır

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 soydaşımızın Qa...

Azərbaycanda bələdiyyələr qrant ala biləcək

Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsaslar yaradılması ilə bağlı qanun təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliy...

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.   Sfera.az xəbər verir ki, bu barədə Prezide...

Unibank jurnalistlər üçün seminar keçirdi - FOTO

Unibank jurnalistlər üçün “Dayanıqlı maliyyə: trend və perspektivlər” mövzusunda seminar keçirib.   Tədbir “Media savadlılığı&rdquo...

Almaniyada prezident parlamenti buraxdı - Növbədənkənar seçki olacaq

Almaniyda koalisiya hökumətinin dağılmasından sonra erkən seçkilərə qərar verilib. Prezident Frank-Valter Ştaynmayer kansler Olaf Şolzun üçtərəfli koalisiyasını...

Ukrayna XİN başçısı Azərbaycana başsağlığı verdi

Ukrayna Xarici işlər naziri Andrii Sybiha AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana ba...