Zukerberqin yeni planı açıqlandı: “WhatsApp”, “Instagram” və “Messenger” birləşdirilir
21:46 / 25.01.2019
4512
"Facebook” sosial şəbəkəsi "WhatsApp”, "Instagram” və "Messenger”in mesaj xidmətlərini birləşdirmək niyyətindədir. Bizimyol.info xəbər verir ki, bu haqda Amerikanın "The New York Times” qəzeti məlumat yayıb.
Plan barədə qəzeti məlumatlandıran mənbə bildirib ki, şirkət rəhbərliyi hər üç sosial şəbəkənin mesaj mübadiləsini vahid xidmətdə birləşdirmək niyyətindədir. Amma bu sosial şəbəkələrin hər biri ayrı-ayrı bölmə kimi fəaliyyət göstərməkdə davam edəcək.
Şirkətin rəhbəri Mark Zukerberqin göstərişinə əsasən, sosial şəbəkələrin hər biri hərtərəfli şifrələnəcək. Bu da insanları onların şəxsi yazışmalarına başqalarının qanunsuz müdaxiləsindən qoruyacaq.
Sfera.az Bizimyol.info-ya istinadla ya i xəbər verir ki, "Facebook” rəhbərliyi mesaj mübadiləsilə bağlı vahid xidmət planına dair işləri bu ilin sonu və ya gələn ilin əvvəlinə qədər başa çatdırmaq niyyətindədir. İşlər başa çatıb, dəyişikliklər qüvvəyə minəndən sonra "Facebook” istifadəçisi "WhatsApp” və ya "Instagram”da qeydiyyatdan keçmiş şəxslərə də mesaj göndərə biləcək (və ya əksinə).
Mənbənin fikrincə, xidmətlərin birləşdirilməsi "Apple” və "Google” kimi rəqiblərdə "Facebook”un xidmətlərinə keçməyə maraq yaradacaq. Bu addım auditoriyanı artırmaqdan əlavə, həm də şirkətin reklam biznesini genişləndirə bilər.
Xatırladaq ki, ötən il "Facebook”un 50 milyondan artıq istifadəçisinin şəxsi məlumatlarının yayılmasına görə böyük qalmaqal yaşanmışdı.