Dondurma haqqında bildiyimiz YANLIŞ - Qışda yeyildikdə...

Cəmiyyət
19:06 / 25.01.2019
3649
Dondurma haqqında bildiklərimiz əslində yanlış imiş.
Sfera.az bildirir ki, Türkiyəli həkim Oğuz Özyaralın sözlərinə görə yay aylarının ayrılmaz parçası olan dondurma qışda da bir çox xəstəlikdən qorunmaq üçün yeyilə bilər. Tərkibində olan süd kalsiumla bol olduğuna görə sümüklərin güclənməsi, dişlərin sağlamlığı üçün faydalıdır.
Həkim bildirir ki, qışda yeyilən dondurmanın insanları xəstələndirməsi barədə fikirlər doğru deyil. Əslində dondurma təkcə yayda yox, bütün il boyu yeyilməlidir.
Dondurmanın dişlərin çürüməsinə də səbəb olduğunu da yalanlayan Özyaral deyib ki, buna metaloik və şəkərli əlavələr səbabkardır.
Professor onu da əlavə edib ki, dondurma yeyərkən təmiz süddən və təbii məhsullardan hazırlanmış olanları seçmək lazımdır. Süni vasitələrdən düzəldilmiş dondurmalar ancaq problem yaradır. Dondurma yedikdən sonra da dişlər mütləq fırçalanmalıdır.
Sfera.az