Yeznələr bir olub qayınata ilə qayınananı döydülər

Hadisə
09:47 / 25.01.2019
2719
Hadisə Cəlilabadda baş verib
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. Şəhər ərazisində qeydə alınan hadisə nəticəsində 1948-ci il təvəllüdlü Səfərov Əli Tərlan oğluvə 1953-cü il təvəllüdlü Səfərova Gülxas Əliheydər qızı döyülüb.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Məlumata görə, döyülən şəxslər ər-arvaddır və yeznələri tərəfindən döyülüblər.
Faktla bağlı araşdırma aparılır.