Paşinyan Azərbaycanla dil tapmağa çalışır- Siyasi ekspert

Paşinyan Azərbaycanla dil tapmağa çalışır- Siyasi ekspert
"Davosda Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsinin İravanda narahatlıq yaratması Ermənistandakı "Qarabağ klanı”nın revanş sevgisilə alışıb-yanmasından qaynaqlanır”.
 
Sfera.az-a açqılamasında bu sözləri Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərə can atması fonunda Ermənistanda yaşanan narahatlıqların səbəbinə aydınlıq gətirərkən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib:
 
"Bildiyiniz kimi, "Qarabağ klanı” son zamanlar Paşinyana qarşı çoxsaylı ittihamlar irəli sürməyə başlayıb. Xüsusən də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra bu sayaq ittihamlar daha da artıb. Xarici işlər nazirlərinin görüşü zamanı da daşnaq tör-töküntülərini Azərbaycanın işğal altında olan ərazilərinə toplayaraq münaqişənin həllinə zidd və bütövlükdə yenə də işğalçı bəyanatlar səsləndirmişdilər. Həmçinin, burada Paşinyanın ünvanına da ittihamlar səsləndi. Situasiya bundan ibarətdir ki, Ermənistanın mövcud reallığı Paşinyana bəllidir. Reallıq isə odur ki, Ermənistan işğala son qoymayana qədər bu ölkənin hər hansı bir formada xilası mümkün deyil. Elə məqamlar var ki, onlar coğrafi mövqe və situasiya ilə bağlı məsələlərdir. Bunu da Paşinyan və digərləri hər hansı bir formada dəyişmək gücündə deyillər. Azərbaycanın region və beynəlxalq aləmdə yürütdüyü siyasət, həyata keçirdiyi layihələr nəticə etibarı ilə Ermənistanın tamamilə təcrid olunmasına gətirib çıxarıb. Paşinyan hakimiyyətə gələndə sosial sahədə bir sıra ciddi layihələr həyata keçirəcəyilə bağlı vədlər verib. Ancaq bu vədlərin yerinə yetirilməsinin bir yolu vardır. Bu da işğala son qoymalarından, regiondakı bu və ya digər layihələrə Ermənistanı inteqrasiyasından keçir. Bütün bunlar baş vermədikcə, Ermənistanda kim hakimiyyətdə olursa-olsun o hər hansı bir formada dəyişiklik yaratmaq, ölkəsini inkişaf etdirmək gücündə olmayacaq. Paşinyan bu reallığı başa düşdüyü üçün Azərbaycanla dil tapmağa çalışır. Bunun əks yolu yoxdur. Hətta vaxtilə Azərbaycan ərazilərinin işğalı prosesinə rəhbərlik edən sabiq prezident Levon Ter-Petrosyan da dəfələrlə etiraf edib ki, Azərbaycan və Türkiyə ilə dil tapmadan Ermənistanın xilası mümkün olmayacaq. İndiki şəraitdə situasiya məhz bundan ibarətdir. Ermənistan rəhbərliyinin bu fonda ölkəmizlə dil tapmağa can atmasının səbəbləri sırasında əslində obyektiv amillər dayanır. Çünki işğal prosesi uzun müddət davam edə bilməz. Regiona sülh gəlməsə, nəticə etibarı ilə həm Ermənistanın inkişafı mümkün deyil, həm də bütövlükdə bu ölkə təcrid olunmuş vəziyyətdə qalacaq. Sözügedən görüşdən İrəvanda bəzilərinin narahat olmaları Ermənistandakı köhnə rejimin revanş sevgisilə alışıb-yanmasından qaynaqlanır. Onların bu revanşı da təbii ki, siyasi amillərlə bağlıdır. Paşinyanın yola saldığı qüvvələr yalnız ənənəvi olaraq elə Dağlıq Qarabağ kartından istifadə etməklə siyasət yürütməyə çalışırlar. Eyni zamanda, Moskvada və bir sıra digər yerlərdə bəzi xarici qüvvələr var ki, məhz Dağlıq Qarabağ məsələsi üzərindən özlərinin siyasi karyeralarını, həyatlarını qurub. Münaqişənin həll olunması onların da marağında deyil. Bu baxımdan onlar da həmin aqressiv qüvvələri müəyəyn qədər stimullaşdırmağa çalışırlar. Ermənistan daxilində Paşinyana qarşı yönəlik sərt fikirlərin səbəbi əslində söylədiyim bu amillərədn qaynaqlanır. Amma bu sərt təpkilər uzun illər boyu Azərbaycana və erməni xalqının özünə qarşı cinayət törədən bir qrup insanın maraqlarını ifadə edir. Onlar həmçinin, iqtisadi cinayətlər də törədiblər. bu aspektdən də Ermənistandakı əvvəlki rejim revanşa getməklə özlərini qorumağa çalışırlar. Çünki bilirlər ki, son nəticədə regiona sülh gələcəyi, Azərbaycan torpaqları işğaldan azad ediləcəyi, İrəvanın regiondakı proseslərə inteqrasiyası nəticəsində, həmin sərt mövqe tərəfdarlarını yaxşı aqibət gözləmir”.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Davosda baş tutan görüş İrəvanda böyük narahatlıq yaradıb. Ümumiyyətlə son proseslər göstərir ki, Paşinyanın Azərbaycan dövlət başçısı ilə görüşlərə can atması düşmən ölkədə birmənalı qarşılanmır.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR