Kamran Ağayevin komandasına lisenziya verilmədi

Kamran Ağayevin komandasına lisenziya verilmədi

Türkiyə Futbol Federasiyası yeni mövsüm öncəsi "Ulusal Kulüp Lisansı" - "Beynəlxalq Klub Lisenziyası" alan klubların adlarını açıqlayıb. 

Sfera.az sport7.az-a istinadən xəbər verir ki, bu lisenziya TFF tərəfindən maliyyə durumları, işçilərin peşəkarlıq səviyyəsi və infrastrukturun vəziyyəti təftiş edildikdən sonra sınaqdan üzüağ çıxan klublara verilir. Qəribədi ki, yeni mövsümdə lisenziya ala bilməyən klubların arasında birdən-birə İzmir şəhərini təmsil edən 4 klubun da adına rast gəlinib. Kamran Ağayevin yenicə müqavilə bağladığı "Karşıyaka"dan başqa "Göztəpə", "Altay", "Altınordu" lisenziyaya layiq bilinməyib. 

TFF əsas səbəb kimi İzmirdəki stadionların yaxşı durumda olmamısını göstərib.Tarixi "Altınsancak" stadionu bu yaxınlarda zəlzələyə davamlı olmamasına görə sökülüb, çempionatın startına 1 ay qalmış isə İzmir Atatürk Stadionu təmirə bağlanıb. İzmir təmsilçilərinin rəhbərliyi və azarkeşlər TFF-nin bu qərarlarının arxasında siyasi motivlərin dayandığını iddia edirlər. Belə ki, hazırda hakimiyyətdə olan AKP uzun illərdi ki, keçirilən bütün seçkilərdə izmirlilərin etimadını qazana bilmir. Məhz bu səbəbdən də İzmir dövlət layihələrindən kənarda saxlanılır, şəhərin abadlığına, sosial və idman qurğularının inşaasına büdcədən vəsait ayrılmır.

Xatırladaq ki, lisenziya ala bilməyən klublara TFF tərəfindən pul cəzası kəsilməklə yanaşı, onların avrokuboklarda iştirakına qadağa qoyulub. 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...