“Qarabağ məsələsində hər hansı bir güzəşt hakimiyyətin itirilməsi ilə nəticələnəcək...”

 “Qarabağ məsələsində hər hansı bir güzəşt  hakimiyyətin itirilməsi ilə nəticələnəcək...”
Maraqlıdır ki, Bakı ermənisi bu fikirləri kimin diqtəsi ilə deyir?..

 "Beynəlxalq ictimaiyyətin Ermənistan və Azərbaycana Qarabağ münaqişəsinin həllində təzyiqi  göz önündədir”.


İşğalçı ölkə mediasının yazdığına görə,  bunu yanvarın 23-də İrəvanda  erməni jurnalistlərlə görüşən Azərbaycan Erməniləri Assambleyasının rəhbəri Qriqori Ayvazyan söyləyib.

Onun sözlərinə görə, regiondakı əsas oyunçuların arasında müəyyən bir yenilik gözləmə atmosferi yaradılıb. "Bu, Ermənistan və Azərbaycan xarici işlər nazirliklərinin rəhbərləri, həmçinin, Nikol Paşinyan və İlham Əliyev arasında görüşlərin tez-tez keçirilməsinin səbəbidir",-Bakı ermənisi belə deyib.

"Həm Ermənistan, həm də Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyətin tövsiyə etdiyi əhalinin sülh üçün hazırlanmasını təxirə salmağa çalışır. Ancaq başa düşmək lazımdır ki, Qarabağ məsələsində Ermənistan və ya Azərbaycan tərəfindən hər hansı bir  güzəştə gedilməsi iqtidarda olan siyasi qüvvənin hakimiyyəti  itirməsinə gətirib çıxaracaq...”-deyə Q.Ayvazyan vurğulayıb.

Xatırladaq ki, qondarma "Bakı qətliamı"nın fəal təbliğatçılarından olan  həmin Qriqori Ayvazyan Azərbaycandakı 2010-cu il parlament seçkilərində deputatlığa, 2013-cü ildə isə prezidentliyə "namizədliyini irəli sürmək” kimi həyasız iddialarla çıxış etmişdi.

Maraqlıdır ki, Qərbin Qarabağ məsələsinin sülh yolu ilə həllinə çalışan kimi göründüyü bir məqamda Bakı ermənilərinin  lideri sayılan Q.Ayvazyan bu fikirləri kimin diqtəsi ilə söyləyir və kimin dəyirmanına su tökür...Moderator

OXŞAR XƏBƏRLƏR