Bank işçilərindən gəlir vergisi tutulacaq? – YENİLİK

20:18 / 23.01.2019
4289
Bank sektorunda çalışanların əmək haqqından gəlir vergisi necə tutulacaq?
Bu, yanvarın 1-dən qüvvəyə minən Vergilər Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Məsələn, bank sektorunda çalışan şəxs 2500 manat əmək haqqı alırsa, bank sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8 min manatadək olduqda həmin gəlirdən vergi tutulmur.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət neft sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8 min manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir.fed.az