Bu ölkə adını dəyişir

Bu ölkə adını dəyişir
Qazaxıstanda iqtidaryönümlü Ak Yol Partiyasının nümayəndəsi Azat Peruaşev baş nazirə Qazaxıstanın adının Qazax Respublikası ilə əvəzlənməsini təklif edib.

Sfera.az "nur.kz"a istinadən bildirir ki, deputat deyib: "2020-ci ildə müstəqil Qazaxıstanın dövlətçiliyində platforma olan SSRİ tərkibində Qazax Respublikasının yaradılmasının 100 ili tamam olacaq. Demokratik Ak Yol Partiyası dövlət səviyyəsində Qazax Respublikasının 100 illik yubileyinə diqqət ayrılmasını və bu tarixi layiqli qeyd etməyi təklif edir".

O, ölkənin rəsmi adının yenidən Qazax Respublikasına qaytarılması məsələsini nəzərdən keçirməyi təklif edib.

"Bu təşəbbüsü hələ beş il əvvəl Nursultan Nazarbayev irəli sürmüşdü. Hesab edirəm ki, dövlət başçısının təkliflərini reallaşdırmağın vaxtı yetişib. Hər şeyi öz adı ilə çağırmaq, qaraya qara, ağa ağ, qazaxlara isə qazaxlar demək lazımdır", - o bildirib.

"Report” bildirir ki, siyasətçi "Qazax Respublikası" adının artıq formalaşmış "Qazaxıstan" ilə birlikdə istifadə olunmasının zəruriliyini də vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva Keniya Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.   Sfera.az xəbər verir...

Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.   Sfera.az xəbər verir ki, bu barədə AP...

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi öldü

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı...

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı AÇIQLANDI

İndiyədək bələdiyyə seçkilərində 755 nəfər namizəd kimi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçir...

Azərbaycan Rusiya ilə “Şimal-Cənub”la tranzit yükdaşımalarına dair saziş imzaladı - FOTO

Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imz...