“Kimsə məni işimdən çıxarmayıb” - AzTV-dən gedən rəis

Cəmiyyət
14:06 / 23.01.2019
2885
"AzTV-dən öz ərizəmlə çıxmışam. Kimsə məni işimdən çıxarmayıb. Alışanovun dövründə deyil, bir neçə gün bundan qabaq ərizə yazmışam”.
Sfera.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi Şahrza Əliyev deyib.
Ş.Əliyev bildirib ki, onun fəaliyyətiylə bağlı audit yoxlamalarının aparıldığı barədə xəbərlər doğru deyil: "Bircə onu deyə bilərəm ki, heç bir audit yoxlamaları aparılmır”.