Martirosyandan Paşinyana: “Bu qədər gizliliyin səbəbi nədir?”

Siyasət
12:53 / 23.01.2019
3023
"Əliyevlə görüşün səbəbi qeyri-müəyyəndir. Ermənistan buradan nə qazandı? Bu barədə əvvəlcədən məlumat verilməmişdi və nə müzakirə edildiyi açıqlanmır. Petrosyan, Koçaryan və Sarkisyanın prezidentliyi zamanı belə halların səbəbi aydın idi. İndi bu səbəblər mövcud deyil. Niyə şəffaflıq mövcud deyil? Görüşlər intensivləşib və erməni tərəfinin məqsədinin nə olduğunu bilmirik”.
Bu sözləri erməni politoloq Hayk Martirosyan Əliyev-Paşinyan görüşünü şərh edərkən bildirib.
"Ermənistan prezidentinə necə hərəkət etməyi, necə danışmağı və bunun nəticələrini gözə almağı kim başa salmalıdır?”, - deyə o bildirib.
Martirosyan qeyd edib ki, onillərdir hətta ABŞ prezidentləri belə çıxışlarından əvvəl nə danışacaqları barədə məsləhət alırlar, bu görüşdə bu qədər gizliliyin olması maraqlıdır.Ordu.az