\"Vedi\" Tibb Mərkəzində qalmaqal: Xəstələrə silahlı hücum olub
10:50 / 23.01.2019
2245
Ermənistanın Ararat bölgəsində yanvarın 22-də "Vedi" Tibb Mərkəzinə gələn silahlı şəxs tibb mərkəzində qalmaqala səbəb olub.
Sfera.az xəbər verir ki, xəstəxanaya yanvarın 22-si saat 17-də gətirilinən xəstələrə tapança ilə silahlanmış şəxs atəş açıb.
Hadisə nəticəsində yaralanan Ermənistanın Ararat rayonunun Surenavan kəndinin sakinləri - 35 yaşlı Vrej Qasımyan, 30 yaşlı Vaqharşaq Qasımyan və 47 yaşlı Vahan Qasımyandır. Onlasrın cəmi bir neçə saat öncə bir nəfərin hücumuna məruz qaldığı bəlli olub. Polisin araşdırmaları nəticəsində tibb mərkəzinə hücum edən şəxsin Surenavan kəndinin 22 yaşlı sakini Argishti Broyan olduğu bəlli olub. Polis iki silahlı hücumda təqsirləndirilən cinayətkarı axtarır.