Məleykə Abbaszadə magistraturaya qəbul imtahanından danışdı

Məleykə Abbaszadə magistraturaya qəbul imtahanından danışdı

Hazırda Dövlət İmtahan Mərkəzinin əməkdaşları magistratura səviyyəsinə qəbul imtahanına hazırlıqla əlaqədar ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq şöbələri, ixtisas kafedraları, professor-müəllim heyəti və aparıcı mütəxəssisləri ilə birgə imtahanın məzmununa aid zəruri elmi-metodiki vəsaitlər – bakalavrların məntiqi təfəkkürünün, xarici dil və informatika üzrə biliklərinin yoxlanılması və ixtisaslaşmalar üzrə qəbul proqramları, yoxlama-ölçmə materialları, ixtisaslaşma seçiminə dair tövsiyələr, cədvəllər və digər zəruri materiallar hazırlayır, test bankını yeni test tapşırıqları ilə zənginləşdirirlər.

Sfera.az bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Magistr” jurnalının bu il üçün ilk nömrəsinə yazdığı "Ön söz”də bildirib. 

O qeyd edib ki, ali təhsil biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının mühüm inkişaf amilidir, magistratura isə ali təhsilin ikinci səviyyəsi olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığını təmin etməyi nəzərdə tutur:

 

"DİM-də ali təhsil müəssisələrinin və AMEA nın mütəxəssislərinin iştirakı ilə cari tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında istifadə edilən test tapşırıqlarının elmi-metodik təhlili aparılıb, növbəti tədris ili üçün qəbul imtahanına hazırlıq işləri həyata keçirilib, qəbul imtahanı üçün proqramları və test tapşırıqlarını təkmilləşdirmək üçün zəruri işlər görülüb, bakalavrların magistraturaya qəbul imtahanına daha səmərəli hazırlaşmalarına metodiki yardım göstərmək məqsədi ilə məntiq, informatika və xarici dillər üzrə qəbul imtahanı proqramları və digər elmi metodik materiallar işlənib hazırlanıb.

Bakalavrlar imtahanın birinci mərhələsinə hazırlaşan zaman DİM tərəfindən hazırlanan "Məntiq testləri” və "İnformatika” adlı vəsaitlərdən istifadə edə bilərlər.

DİM qəbul imtahanlarının məzmunu ilə bərabər, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayır. Bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür.

Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarında həm qapalı (çoxseçimli), həm də açıq formalı test tapşırıqlarından istifadə olunacaq. Hər bir xarici dil üzrə test blokuna ilk dəfə olaraq dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı formalı beş test tapşırığı da daxil ediləcək.

Qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədi ilə həmin audiomətnlərin və onların əsasında tərtib olunmuş tapşırıqların nümunələri artıq xeyli vaxtdır ki, DİM-in internet saytında yerləşdirilib.

Qəbul qaydalarına görə, imtahanın birinci mərhələsindəki nəticələri DİM tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi və ya qabiliyyət imtahanı vasitəsi ilə yoxlanılacaqdır. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcək.

"Magistr” jurnalının bu sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir.

Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə test modelləri, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul imtahanı proqramları və digər materiallar isə jurnalın növbəti saylarında dərc olunacaq.

İnanırıq ki, jurnalımızın bu sayında təqdim edilən materiallar bakalavrların qəbul imtahanına daha səmərəli hazırlaşmalarına kömək göstərəcək”.


OXŞAR XƏBƏRLƏR

Ölkədə dərman istehsalı niyə zəifdir? - "Kadr yoxdur, ona görə qiymətlər artır..."

Əczaçılıq məhsullarının, o cümlədən dərman istehsalının artırılması üçün son illərdə ciddi cəhdlər olub, iri investisiya layihələri hazırlanıb. Lakin bir neçə...

ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!

Ölkəmizdə American Express (AMEX) kartları vasitəsilə ödənişlərin qəbulu imkanları genişlənib. AMEX-in Azərbaycanda ilk və yeganə tərəfdaşı olan ABB ödəniş təşk...

Prezident: Şadam ki, Azərbaycanla Şimali Makedoniya arasında siyasi dialoq dinamik xarakter alır

Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur.  ...

ManEl “Qızların mahnısı”na yeni nəfəs verdi - VİDEO

Hər zaman səsi ilə qəlbləri fəth edən ManEl “Qızların mahnısı”na yeni nəfəs verib. Sfera.az bildirir ki, musiqisi Tofiq Quliyevə, sözləri Ənvər...

​“TikTok”da yenilik - Bu şəxslərin girişi məhdudlaşdırılacaq

“TikTok” platforması valideynləri sevindirəcək yenilik təqdim edib.   Sfera.az xəbər verir ki, platforma, gənclər üçün təhlükəsiz rəqəmsa...

Ceyhun Bayramov Tokayevlə görüşdü

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.   Sfera.az xəbər...