Daha 3 idmançımıza dopinq cəzası verildi

Daha 3 idmançımıza dopinq cəzası verildi
Onların qanlarında qadağan edilmiş maddə tapılıb

Azərbaycanın daha 3 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb. Bunlar güləşçilər Cəlal Süleymanovla Umar İsrailov və velosipedçi Qadir Mustafayevdir.

Bütün idmançılardan alınmış nümunələrdədə qadağan edilmiş maddə və ya onun Metabolit, yaxud Markerlərinin mövcudluğu təsbit edilib.

C.Süleymanov əlavə olaraq, diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulmasına görə sanksiya ilə üzləşib. Onun orqanizmində oksandrolon metaboliti maddəsi tapılıb və 18 yanvar 2018-ci ildən 96 aylıq - 18 yanvar 2026-cı ilə qədər cəzalanıb.

U.İsrailovda drostanolon metaboliti maddəsi tapılıv və 48 aylıq diskvalifikasiya olunub. Onun cəzası 28 mart 2018-ci ildən hesablanacaq.

Q.Mustafayevin də cəzası 48 aydır. Orqanizmində metamfetamin (D-) maddəsi aşkarlanan velosipedçinin cəzası 19 noyabr 2018-ci ildən qüvvəyə minib.

Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 39 idmançıya sanksiya tətbiq edib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın neft hasilatı azalıb - RƏSMİ

Azərbaycan hazırda 3 yataqdan neft çıxarır.   Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 29,1 milyon ton neft (kondensat...

Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Aktivlərinin həcminə görə ölkəmizdə ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəriciləri...

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salı...

Karyerada inkişaf, yeni imkanlar, dəyişikliklər... - “Planetlərin böyük paradı” bürclərə nə vəd edir?

Xəbər verdiyimiz kimi, 2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq.  Bunlardan biri 21 yanvar tarixində baş verəcək. Belə ...

İranda təyyarə qəzaya uğradı - Ölənlər var

İran polisinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Rəşt şəhəri yaxın...

Naxçıvanda əhalinin sayı artdı

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb. ...