Niaqara şəlaləsi dondu - FOTO
09:06 / 23.01.2019
3287
Niaqara şəlaləsi ABŞ-ın şimal-şərqindəki güclü şaxtalar səbəbindən donub.
Bu barədə CNN telekanalı məlumat yayıb.
"Elə soyuqdur ki, Niaqara şəlaləsinin adətən su püskürən hissələri donub. Turistlər gözəl görüntülərə heyrətləniblər", - deyə telekanal qeyd edib.
Sinoptiklərin proqnozlarına görə, gələn həftə ABŞ-da və Kanadada daha güclü soyuqlar olacaq.
Qeyd edək ki, Niaqara şəlaləsi bir müddət əvvəl də qismən donmuşdu. Kanadada və ABŞ-ın şimal hissəsində qeydə alınan güclü şaxtalar şəlalənin qismən donmasına səbəb olmuşdu.