Prezident İlham Əliyev və Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub
Siyasət
23:01 / 22.01.2019
5205
Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.