Ermənistandan Azərbaycanla bağlı xain plan: Düşmən əsl niyyətini etiraf etdi
Gündəm
16:28 / 22.01.2019
2665
Avropa Şurasında təmsil olunan erməni millət vəkillərindən Edmon Marukyan ölkəmizlə bağlı İrəvanın əsl niyyət və planını ortaya qoyan bəyanatla çıxış edib. Avropa Şurasının diqqətini daxili gərginlik və qarşıdurmaların heydən saldığı, cəmiyyətin bir neçə hissəyə parçalandığı Ermənistandan yayındırmaq üçün Azərbaycanda demokratik durumun arzuedilməz vəziyyətdə olduğunu iddia edən Marukyan, Ermənistanın ölkəmizlə bağlı əsl niyyətini ifşa edən açıqlama ilə çıxış edib. Azərbaycana "mükəmml inqilab” arzuladığını bildirən erməni millət vəkili, bu sözlərlə ölkəmizdə qan və qarışıqlıq salmaq niyyətində olduqlarını aşkar şəkildə ortaya qoyub.
Marukyanın bu açıqlaması İrəvanın Ermənistandakı daxili qarşıdurma və ictimai-siyasi təlatümlərin Azərbaycanda da baş verməsində maraqlı olduğunu göstərir. Görünən odur ki, Azərbaycandakı daxili sabitlik, cəmiyyətin harmonik inkişafı, xalqın dövlət və dövlətçilik maraqları ətrafında sıx şəkildə birləşməsi Ermənistanı ciddi narahat etməkdədir.
Marukyannın məlum açıqlamasını Ermənistanın ölkəmizlə bağlı niyyətini ifşa etməklə yanaşı, həm də son vaxtlar bəzi beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı səslənən tənqidi bəyanatların haradan qaynaqlandığını da ortaya qoymuş olur. Bu bəyanat göstərir ki, sözügedən beynəlxalq təşkilatların anti-Azərbaycan xarakterli bəyanatlarının arxasında məhz Ermənistan faktoru, erməni diasporunun maraqları dayanır.Moderator