Türk nazir: "Qarabağ problemi həll olunmayıbsa, Ermənistan..."

Türk nazir:
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ermənistan-Türkiyə münasibətlərindən danışıb.
 
Sfera.az-ın türk mediasına istinadən məlumatına görə, nazir bir daha qeyd edib ki, bu iki ölkənin münasibətlərinin gələcək taleyi Qarabağ münaqişəsinin həllindən asılıdır.
 
Antalyada tələbələrlə keçirilən görüşdə iştirak edən Çavuşoğlu bildirib ki, hazırki problemi həll etmək üçün daha çox təşəbbüs göstərmək lazımdır:
 
"Bu gün Qarabağ problemi həll olunmayıbsa, Qafqazda stabilliyi və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını təmin etmək mümkün olmayacaq. 2019-cu ildə biz bu sahədə daha çox iş görəcəyik. Nazir erməni diasporunu "qara propaqanda” aparmaqda günahlandırıb.

Sfera.az

OXŞAR XƏBƏRLƏR