Nuradan ŞOK SÖZLƏR: İndi kişilər xanımı bir işarə ilə əldə edir və...

Nuradan ŞOK SÖZLƏR: İndi kişilər xanımı bir işarə ilə əldə edir və...
Bu yaxınlarda "Dönmək olmur" adlı mahnıya çəkilən yeni klipi ilə tamaşaçılarını sevindirən Nura Suri karyerasının parlaq və məhsuldar dövrlərini yaşamasına baxmayaraq, məhəbbətinə layiq olan insanla qarşılaşarsa, heç düşünmədən sənətdən uzaqlaşa biləcəyini etiraf edib.
Yaradıcılıq fəaliyyətinə aktiv şəkildə davam edən ifaçı müsahibə verib.
 
- Nura Suri hər zaman şən və enerjilidir. Nədir sizə güc verən?
 
- Yəqin ki, övladlarıma olan bağlılığımdır. Onlara hər şeyin yaxşısını vermək istəyirəm və başa düşürəm ki, bu, məsuliyyət ilk növbədə ananın çiyinləri üzərinə düşür. Sözsüz ki, ata da valideyndir, amma yaradan deyil. Bu missiyanı daşıyan anadır. Çox xoşbəxtəm ki, erkən yaşda ana olmağıma baxmayaraq, öz məsuliyyətimi hiss etmişəm. Nəticə etibarilə övlad sevgisi məni sözün yaxşı mənasında sadəcə irəliyə addımlamağa məcbur edib. Dayanmadan çalışıram ki, övladlarımın arzu və istəklərini həyata keçirə bilim. Gücüm analığımdadır...

- Son aylarda fasiləsiz olaraq çalışır və təqdim etdiyimiz yeni mahnılarla pərəstişkar ordusunu daha da genişləndirirsiniz.
 
- Əslində Nura Surini bəyənən və öz məclislərinə dəvət edən zövqlü və intellektual təbəqə azdır. Təəssüf ki, bu gün bayağı, səviyyəsiz və keyfiyyətlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan işlər daha çox baxış sayı toplayır. Bəzən müğənni əzab-əziyyətlə klip çəkdirsə də, baxış sayı 100 mini keçə bilmir. Amma hansısa qeyri-peşəkarın, psixoloji cəhətdən anormal insanların videoçarxı rekord qırır, 1 milyondan çox izlənilir. Əlbəttə ki, sənətçi kimi istərdim ki, zövqlü insanların sayı çoxalsın və işlərimiz layiqli dəyərini qazansın.

- Keçən il bir müsahibənizdə ailə qurub sənətdən uzaqlaşmaq istədiyinizi demişdiniz. Qazandığınız nailiyyətləri və məşhurluğu geridə qoymağa hazırsınız?
 
- Qarşıma özümdən güclü insan çıxmalıdır ki, ona tam etibar edə bilim, karyeradan uzaqlaşım və ailəmlə məşğul olum. O da həqiqətdir ki, bu, indiki zəmanədə çətindir. Qadınlar bir çox işlərdə kişilərdən geri qalmır, həm ailənin yükünü çəkir, həm də öz karyerası ilə məşğul ola bilir.
Əvvəllər kişilər at belində müharibələrə yollanardı, sevdiyi xanımlar uğrunda fədakarlıqlar edərdi. İndi kişilər kluba gedib bəyəndiyi xanımı bir işarə ilə əldə edir, çoxunda nə sevgi qalıb, nə xarakter, nə sanbal, nə də güc... Sevgi ölüb, ülvi hisslər qalmayıb. Hamısı beş dəqiqəlik ehtiras üzərində qurulmuş münasibətlərdir. Odur ki, boşanmaların da sayı artıb. Belə ailə həyatı istəmirəm. Qocalanda yanımda dəstəyini və məhəbbətini hiss edə biləcəyim dayaq istəyirəm. Ömrümün sonuna qədər bir yerdə qocala biləcəyim biri ailə həyatı qura bilərəm, o insan yoxdursa, ailə həyatı da lazım deyil.

Belə insanla qarşılaşsam, düşünmədən sənətdən gedərəm. Qadın övladı xoşbəxt olanda uğuru qazanmış olur. Ayaqlarım üstündə dura bildiyimi artıq özümə sübut etmişəm. İndi xoşbəxtlik və uğuru başqa məsələlərdə görürəm. Qadın kimi xoşbəxt olmaq üçün qocalana qədər qayğına qalan güclü kişinin varlığını hiss etməlisən. Övladları da özün üçün qul böyütmürsən, onlar böyüyüb ailə quracaq. İstəsən də, istəməsən də səndən ayrılıb öz ailəsinin başında duracaq. Valideynin qayğısına qalmaq övladın borcudur, lakin bütün ömrünü sənə həsr etməli deyil. O da öz gəncliyini doya-doya yaşamalıdır. Ana-atamın münasibətinə baxanda könlüm açılır. Belə gözəl ailəni kim istəməz ki? Məyus oluram ki, münasibətlərdə ali dəyərlər azalıb.Publika

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...