700 milyon əlavə gəlir əldə edəcəyik- TAP-dan...

700 milyon əlavə gəlir əldə edəcəyik- TAP-dan...
"Tranzit, əməliyyat və payçıların vəsaitlərini çıxanda Azərbaycan bu layihədən ilkin mərhələdə təxminən 600-700 milyon dollara qədər əlavə gəlir əldə edəcək”

Sfera.az-a açıqlamasında bu sözləri cari ildə Transadriatik boru kəməri (TAP) layihəsinin başa çatması və gələn ildə işə düşməsinin ölkəmizə verəcəyi üstünlükləri dəyərləndirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:  "Cənub Qaz Dəhlizi” və onun tərkibində oaln TAP və TANAP layihəsi Qərbin çox ciddi maraq dairəsinə daxil olan layihələrdəndir. Çünki gələcəkdə, birbaşa Azərbaycanın investisiya liderliyinə tikilən bu layihələrə digər ölkələr də qoşulacaq. Çox güman gələcəkdə bəzi Asiya ölkələri, İraq, İran da bu xəttə qoşulsun. Hətta İsrail qazının da həmin boru xəttinə qoşulması məsələsi müzakirə olunur. Bu mənada geosiyasi baxımdan TAP layihəsi də Azərbaycan üçün çox uğurlu layihədir. 
Çünki bu əsasda həm ölkəmizin marağını artırdı, həm ölkəyə diqqət artdı, həm də gələn investisiyaların çoxalmasına səbəb oldu. Eyni zamanda, bu layihə Avropanın əlavə mənbədən qaz almasında mühüm rol oynadığından həmi qitə üçün də bu layihə böyük önəmə sahib oldu. Buan görə də bir çox məsələrdə Azərbaycana dəstək verilməsinə qərar verildi. Son zamanlar münasibətlərin kifayət qədər normallaşması, hətta strateji müqavilənin imzalanmasına qədər geosiyasi anlamda həmin layihənin Azərbaycana hərtərərli xeyri oldu. "Cənub Qaz Dəhlizi” layihəsi baha layihədir.  Onun ən ucuz komponenti elə TAP layihəsidir. . Bu layihə təxminən 4,2-4,5 milyard avroya başa gələcək. Burada da Azərbaycan həm investor, həm də gələcəkdə boru sahibi kimi böyük paya sahibdir. Qoyulan investisiyanın geri dönüşü üçün bir müddət həmin layihənin çalışmasına ehtiyac yaranacaq. Yəni həmin anda Azərbaycana böyük miqdarda vəsait gələcəyini gözləmək də doğru deyil. Ancaq bir müddətdən sonra layihədən Azərbaycan kifayət qədər xeyir götürəcək. Belədə həmin layihə Azərbayan üçün ciddi şəkildə əlavə gəlir mənbəyinə çevriləcək. İlkin mərhələdə Avropaya 10 milyard kubmetr qazın satılması fonunda təxminən 3 milyard dollara yaxın vəsait əldə ediləcək.  İndiki qiymətlərlə TAP-dan Min kubmetri 1280 dollardır. 3 milyard dollardan tranzit, əməliyyat və payçıların vəsaitlərini çıxanda Azərbaycan təxminən 600-700 milyon dollara qədər əlavə gəlir əldə edəcək”.


Qeyd edək ki, 2019-cu il ərzində TAP layihəsinin başa çatmması gözlənilir. Belə ki, Azərbaycan qazının Avropaya nəql edilməsini bu layihə 2020-ci ildə istifadəyə veriləcək. Artıq bu layihə üzrə işlərin 83 faizi başa çatıb. Layihənin dəyəri təxminən 4,5 milyard avrodur ki, onun da artıq 3,2 milyard avrosu sərf olunub. TAP kəməri ilə ildə 16 milyard kubmetr qazın nəql edilməlidir. Gələcəkdə isə onun daha da artırılması nəzərdə tutulur. Ümumi uzunluğu 878 kilometrdir. TAP-ın səhmdarları isə aşağıdakılardır: BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagás” (16 faiz) və "Axpo” (5 faiz).
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR