Amerikada xəstəyə “Hepatit C”li ürək köçürüldü

Amerikada xəstəyə “Hepatit C”li ürək köçürüldü

ABŞ-ın Anakorts şəhərinin sakini Kerri Haysa "Hepatit C”dən əziyyət çəkmiş donorun ürəyi köçürülüb.  

Bu barədə "Seatly Times” nəşri məlumat yayıb.

49 yaşlı amerikalı xəstə ürək qüsuru ilə anadan olub. Artıq 28 yaşında olanda sağ qalması üçün cərrahlar açıq ürək əməliyyatı aparıb. Son dörd il ərzində Hays daha dörd dəfə bıçaq altına uzanmalı olub. Sonuncu əməliyyatda ona süni ürək köçürüblər.

 

Ancaq süni ürək müvəqqəti xarakter daşıyıb və həkimlər onun növbədənkənar şəkildə ürəklə təmin olunması üçün "Hepatit C”li donorun ürəyini təklif ediblər. Bu arada, cərrahlar onu bu xəstəliyin 99 faiz sağalan olduğuna inandırıb.

Ötən il baş tutan əməliyyatdan sonra Hays "Hepatit C”yə yoluxub. Lakin dekabr ayına kimi həkimlər bu xəstəliyi tam müalicə edə biliblər. Xəstənin səkkiz həftə ərzində davam edən virusa qarşı müalicədən keçdiyi bildirilir.

Hepatit - viruslu infeksiyadan doğan qaraciyər iltihabıdır və dünyanın ən geniş yayılmış infeksion xəstəliklərindən hesab olunur. Xəstəliyin "A”, "B”, "C”, "D”, və "E” tipləri var.

Oxu.az


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...