Ərdoğanla Tramp telefonla danışdı

Dünya
08:00 / 21.01.2019
2330
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefon söhbəti edib.
İki ölkə lideri Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşıblar.
Bundan əlavə, Tramp və Ərdoğan İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər.
Ərdoğan Mənbicdəki terror aktı zamanı həlak olunan ABŞ hərbçilərinin həlak olması ilə bağlı Trampa baş sağlığı verib. Ərdoğan bu hadisənin ABŞ Prezidentinin Suriyadan qoşunlarını çıxartmaq qərarına təsir etmək üçün yönəldiyini əlavə edib.