\"Torpaq tapa bilmirəm\"

\
Hazırda bu sənətin unudulması və tarixdən silinməsi problemi yaşanır

Əslən Qəbələ rayonunun Küsnət kəndindən olan Vaqif Zeynalovun ailəsi tərəfindən qədim dulusçuluq sənəti bu gün də yaşadılmağa çalışır.
 
İxtisasca mühəndis olan V.Zeynalov qədim xalq tətbiqi sənətini rayonda yaşadan yeganə şəxsdir. O, öz emalatxanasında dulusçuluqla məşğul olur. Şagirdlərinə bu sənətin sirlərini öyrədən usta Vaqif dulusçu bıçağı, cilalayıcı alət, dulusçu dəzgahı, ağac biz, taxta suvaq aləti vasitəsilə gildən müxtəlif məmulatlar hazırlayır. Onun böyük ustalıqla düzəltdiyi səhəng, qalğa, dopu, küp, dibçək, piti qabı, güldan, bardaq, nehrə və s. yerli əhali və rayona gələn turistlər tərəfindən həvəslə alınır.

Dulusçuluq üçün istifadə olunan xammal "sarışirə" adlanan dağ torpağıdır. Xüsusi texnologiya əsasında bu torpaqdan hazırlanan müxtəlif piti qablarında və evlərdə işlədilən digər məişət əşyalarında saxlanılan ərzaq məhsulları, bişirilən xörəklər öz təbii keyfiyyəti və dadı ilə fərqlənir. Lakin bütün bunlara baxmayaraq, hazırda bu sənətin unudulması və tarixdən silinməsi problemi yaşanır. Buna səbəb isə lazım olan torpağın olmaması, olan ərazilərdə isə yeni evlərin, villaların tikilməsidir.

Usta Vaqif də torpaq sarıdan çox əziyyət çəkir: "Hazırda vəziyyət çox çətindir, İsmayıllıdan ordan-burdan torpaq axtarırıq. Demək olar ki, rayonda torpaq tapmaq mümkün deyil. Torpaq olan ərazilərdə də villalar, yeni evlər tikilib. Kim icazə verər ki, həyətindən torpaq götürək?! Torpaqlar da fərqlidir, ayırmaq təmizləmək lazımdır. Bizdə hər şey əllə olduğu üçün çox çətinlik çəkirik. Bir neçə il bundan qabaq sifariş az idi, indi sifariş də çoxdur, alıcı da. Amma nə olsun, o vaxt alıcı yox idi, sata bilmirdik, indi alıcı var, torpaq tapmırıq".

Əsrlərdən qalan sənət yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir
"Heç kimə də problemdən danışmaq olmur, ilk eşitdiyimiz söz bu olur ki, "sizə torpaq tapmalıyıq?" İsmayıllıdan da min əzabla torpaq gətiririk, o da yol xərci çox çıxır deyə sərf eləmir. Məcburuq ki, qiyməti qaldıraq. Sifarışlərimə görə məcbur qalıb maşınımla torpaq daşıyıram. Çalışıram ki, həm sənətimi yaşadam, həm də çörək qazanam" – deyə dulusçu gileylənir.

Qeyd edək ki, Vaqif Zeynalov Şəkidə keçirilən Ümumrespublika Dekorativ Sənət Festivalının və İsmayıllı rayonunda keçirilən tətbiqi sənət ustalarının sərgisinin diplomları ilə təltif olunub. Ümumrayon tədbirlərində onun hazırladığı dulusçuluq məhsulları nümayiş etdirilir və keyfiyyətinə, gözəlliyinə görə insanlar tərəfindən bəyənilir.sputnik

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...