İranlılar ildə 1 milyard dolları havaya "tüstülədir"

Tehran Tibb Universitetinin rektor köməkçisi Abdurrəhman Rüstəmiyan İranda siqaret və tütün məhsullarına ildə təqribən 1 milyard dollar xərcləndiyini bildirib.
Sfera.azxəbər verir ki, bu barədə məlumat İran Səhiyyə Nazirliyinin rəsmi insternet səhifəsində yayımlanıb.
Paytaxt Tehranda keçirilən Siqaret və Sağlamlıq Siyasəti Konsfransında çıxış edən Rüstəmiyan "iranlılar bir ildə təqribən 1 milyard dollar siqaret və tütün məhsullarına pul xərcləyirlər” deyib.
Konfransda siqaretdən qaynaqlanan xəstəliklərə 3,5 milyard dollar vəsaitin xərcləndiyini, bunun qarşısının alınmağı da dilə qeyd edilib.
Bundan başqa Rüstəmiyan 10 il ərzində tütündən istifadənin 2 min tondan 15 min tona qalxdığına diqqət çəkərək, siqareti asanlıqla əldə etməyin qarşısını ala biləcək tədbirlər görülməyi bildirib.
Sfera.az