Türkiyənin sərnişin təyyarəsi partladılacaqdı VİDEO, FOTO
Sonradan yaranan texniki səbəblərə görə, terrorçu digər təyyarəyə köçürülüb.
Somalidə A321 təyyarəsində terror aktı törədən intiharçı-terrorçu “Turkish Airlines” təyyarəsi ilə uçmalı
imış.
ANS PRESS-in məlumatına görə, terrorçu Türkiyə aviaşirkətinin sərnişini olub.
Lakin sonradan yaranan texniki səbəblərə görə, terrorçu digər təyyarəyə köçürülüb. Somalinin paytaxtı
Moqadişo şəhərindən Cibutiyə uçan A321 laynerinin göyərtəsində özünü partladan terrorçu-kamikadzenin
Abdullaxi Abbdisalam Borlex olduğu güman edilir. Abdullaxi və digər 73 sərnişin Cibutiyə “Turkish Airlines”
məxsus aerobusla uçmalıymış.
Abdullaxi Abbdisalam Borlex - terrorçu-kamikadze
““Turkish Airlines” aviaşirkəti həmin gün Moqadişoda öz reysini ləğv edib. Çünki hava şəraiti onların
Cibuti hava limanına uçmasına imkan vermirdi”,- deyə “Daallo Airlines”ın icraçı direktoru Məhəmməd
İbrahim Yasin Olad bildirib. Yaranan problemlə bağlı “Turkish Airlines” nümayəndələri müntəzəm reysin
ləğv edilməsindən sonra həmkarları ilə əlaqə saxlayaraq öz sərnişinlərini “Daallo Airlines”ə məxsus təyyarəyə yerləşdiriblər.
Somalinin paytaxtı Moqadişo aeroportunda havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəza enişi edən
A321 təyyarəsinə bomba qoyulmasını rəsmən təsdiq edilib. Somali hakimiyyəti Airbus 321-in içində
bombanın partlayışı nəticəsində deşik yarandığını təsdiqləyib.Hazırda A321 təyyarəsinin içində baş verən
partlayışla bağlı araşdırmalar aparılır. Polis təyyarədə terror aktının olduğunu qeyd edib. Somalinin
mülki aviasiyasıya xidmətinin başçısı Abdivahid Ömər ölən səxsin cəsədinin tapıldığını bildirib.
Cəsəd hadisənin baş verdiyi Moqadişodan 30 kilometr kənarda aşkar edilib.Partlayışın zərbəsi həmin şəxsi
təyyarədən aşağı atıb. Somalidən Cibutiyə uçan D3159 bort nömrəli təyyarə uçuşdan beş dəqiqə sonra partlayış səbəbindən geri qayıtmalı olub. Moqadişo aeroportunun aviasiya mütəxəssislərinin məlumatına görə, partlayış
təyyarə 12 - 14 min fut hündürlükdə olduğu zaman baş verib. Partlayış nəticəsində laynerin füzelyajında
təyyarənin qapısı ölçüsündə deşik yaranıb. Sərnişinlərə oksigen maskalarından istifadə etmək lazım olub.
Qəza zamanı təyyarədə 73 sərnişin və ekipaj üzvü olub. Bunların içində 10 nəfər Türkiyəvətəndaşı olub.
Türk sərnişinlərdən Mehmet Gümüşdağ təyyarənin Moqadişu hava limanından qalxdıqdan bir müddət
sonra partlayış səsi eşitdiklərini və yanıq iyi gəldiyini bildirib.
Səbəbi bəlli olmayan partlayış nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə yaralanıb. İlkin
məlumatlara görə, partlayışın terror aktı olduğu bildirilir. Partlayış nəticəsində laynerin üstündə
deşik əmələ gəlib.
M.Gümüşdağ sərnişinlərin panikaya düşməməsi üçün bir neçə dəfə anons edildiyini və təyyarənin
müvəffəqiyyətli Moqadişu hava limanına enməsindən sonra evakuasiya olunduqlarını qeyd edib.
M.Gümüşdağ təyyarədə olan digər türk vətandaşlarının sağlamlıqlarının qaydasında olduğunu
və qəza zamanı onların xəsarət almadığıni vurğulayıb.
Qeyd edək ki, keçən il oktybarın 31-də Rusiyaya məxsus Airbus A320 təyyarəsinin Şarm-əl-Şeyx -
Sankt-Peterburq reysini həyata keçirərkən Misirin Sinay yarımadasında baş verib. Təyyarədə baş
verən partlayış nəticəsində laynerdə olan 224 sərnişinin hamısı həyatını itirib. Ölənlər arasında
29-nun uşaq olduğu bildirilir. Bu hadisə Rusiyavə sovet aviasiyası tarixində ən böyük qəza sayılır.
Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, qəzanın səbəbi terror aktı olub. Hücum üçün
məsuliyyət İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Hadisə baş verən ərazi xəritədə