Tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ

16:42 / 18.01.2019
3097
Tanınmış jurnalist Brilyant Rəsulovaya vəzifə verilib.
Sfera.az xəbər verir ki, Brilyant Rəsulova "Nikoil Bank"ın Online bölməsinin rəhbəri təyin edilib.
Qeyd edək ki, Brilyant Rəsulova bir çox xəbər saytlarında çalışıb, bir sıra layihələrin aparıcısı olub. O, bu təyinata qədər "Yeni Çağ" Media qrupunda şef redaktor vəzifəsini icra edib. Bununla yanaşı, tanınmış jurnalist yaxın günlərdə aparıcısı olduğu yeni layihələrini də təqdim edəcək. Həmkarımızı təbrik edir, yeni işində uğurlar arzu edirik.