Hyundai Azərbaycan bazarına yenilənmiş ELANTRA çıxarır

Hyundai Azərbaycan bazarına yenilənmiş ELANTRA çıxarır
İnnovativ trendlərin avtomobil dünyasına  keyfiyyətli  tətbiqi ilə seçilən Hyundai  yenilənmiş Hyundai Elantra modelini Azərbaycan bazarına təqdim edir.

 

Yenilənmiş Hyundai  Elantra sinfində eksklüziv dizaynı, unikal  komfortu ilə diqqət çəkir və əvvəlkindən fərqli olaraq daha aqressiv, xarizmatik görünüşə malikdir.

 

Dizaynerlər tərəfindən qarşı bamperdə havalandırma boşluqları və işıq diodları üçün seçilmiş uyğun mövqe Hyundai Elantra-ya özünəməxsus xarakter olan aqressivlik qazandırır.

 

Avtomobildə ön və arxa fənərlər son standartlar nəzərə alınaraq yenidən dizayn edilib. Xrom qatı ilə örtülmüş incə horizontal xətlər üst hissədən fənərlərlə, aşağı istiqamətdən isə radiator barmaqlığı ilə birləşərək  yeni harmonik kompazisiya yaradır. Arxa bamperdəki özəlliklər isə avtomobilin idman imicini qüvvətləndirir.

 

Ön fənərlərə xüsusi tətbiq edilmiş  ksenonlar uyğun bucaq altında saçaraq avtomobilin önünü və yan tərəflərini düzgün  işıqlandırır və yenilənmiş Elantra-nın gecə imicinə özünəməxsusluq qazandırır. Avtomobilin əhəmiyyətli dərəcədə yenilik qazanmış ön hissəsindəki daha bir diqqətçəkən məqam fənərlərin  altındakı vertikal kəsimlərdir ki, onlar da həmçinin əyləc sisteminin soyudulmasına xidmət edir.

 

Hyundai  dizaynerlərinin konstruksiyanın sərtliyinə uyğun standartları tətbiq edərək qazandıqları nailiyyət metalın keyfiyyətini artırır. Bu təkmilləşdirmənin komfortun keyfiyyətinə mənfi təsiri sıfır səviyyəsindədir. Avtomobilin hərəkətinin daha axıcı və dəqiq  olmasına hesablanan bu innovativ tətbiqlər eyni zamanda təhlükəsizliyin təminatını artırır.

 

Yenilənmiş Hyundai  Elantra malik olduğu aparıcı texnologiyalar sayəsində ani və avtomobilin həcminə hesablanmış həssas əyləc sistemi, öz sinfində eksklüziv olan oturacaqqızdırıcı funksiyanın unikallığı ilə diqqət çəkir.

 

İnteryerdəki multimedia elementlərinin bolluğu və ahəngdarlığı ağıllı köməkçilərin sayının artmasına, idarəetmə prosesinin həzzə çevrilməsinə xidmət edir.



OXŞAR XƏBƏRLƏR

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...

Əhməd Hacıyev də saxlanıldı

“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı bildirilir.   Sfera.az xəbə...

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...