Azərbaycan Banklar Assosiasiyasına yeni sədr seçildi

Azərbaycan Banklar Assosiasiyasına yeni sədr seçildi

"Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyasının (ABA) yeni rəhbəri seçilib. 

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Assosiasiyadan məlumat verilib.

Z.Nuriyev bu postda “Qafqaz İnkişaf Bankı”nın Müşahidə Şurasının sədri Eldar İsmayılovu əvəzləyəcək.

Müvafiq qərar ABA-nın növbəti hesabat-seçki konfransında qəbul edilib.

Konfransda, həmçinin ABA-nın əvvəlki Rəyasət Heyətinin, Maliyyə-təftiş komissiyasının, eləcə də Azərbaycan Bank Tədris Mərkəzinin 2006-2015-ci illər üzrə fəaliyyəti haqqında hesabatlar təqdim edilib və təsdiq olunub.

Sonra Assosiasiyanın Rəyasət Heyətinin yeni tərkibi təsdiq edilib. "AG Bank"ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev və Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri Elmar Məmmədov ABA-nın vitse-prezidentləri seçiliblər. Hər ikisi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibinə də qəbul edilib.

İdarə Heyətinə, həmçinin "Xalq Bank"ın Müşahidə Şurasının sədri Asim Məmmədov, "Bank Respublika"nın İdarə Heyətinin sədri Xədicə Həsənova, "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, "Yapı Kredi Bank Azərbaycan"ın İdarə Heyətinin sədri Altan Şəntürk, "Unibank"ın Müşahidə Şurasının sədri Eldar Qəribov, "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov və "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev daxil olublar.

Bundan başqa, ABA-nın Maliyyə-təftiş komissiyasının yeni tərkibi təsdiq edilib. Komissiyanın tərkibinə "Muğanbank", "TuranBank", "AccessBank", "Atabank" və "Bank VTB"nin (Azərbaycan) nümayəndələri daxil olublar.

Qeyd edək ki, Nuriyev Zakir Əlibala oğlu oktyabrın 2-i 1960-cı il Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu fakultəsinə daxil olub və 1981-ci ildə “İqtisadçı” ixtisası üzrə tam kursu bitirib.

Əmək fəaliyyətinə 1981-ci ildən Azərbaycan Respublikası Rabitə Nazirliyində, Nəzarət-Təftiş İdarəsində aparıcı mühasib kimi başlayıb.

1981-1983-cü illərdə Hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra 1983-cü ilin iyul ayından etibarən 1989-cu ilin yanvar ayınadək Azərbaycan Respublikası Rabitə Nazirliyinin Nəzarət-Təftiş İdarəsində mühasib-revizor, baş təftişçi və baş mühasibin müavini kimi fəaliyyət göstərib. 1989-cu ildən AR Rabitə Nazirliyinin "Rayon Rabitəsi" İstehsalat Birliyinə Nəzarət və mühasibat uçotu şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1993-1998-ci illərdə “Rabitəbank” SKB-nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb və 1998-ci ildən indiyədək “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

1996-cı ildə Azərbaycan Banklar Assosiasiyasının prezidenti vəzifəsinə seçilib və 2006-cı ilə qədər həmin vəzifədə çalışıb. 2006-cı ildən indiyədək Assosiasiyanın Rəyasət Heyətinin üzvüdür.

Evlidir, 3 övladı var.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...