Azərbaycanda qızılcaya yoluxanlar var - Gürcüstandan keçdiyi ehtimal edilir

Azərbaycanda qızılcaya yoluxanlar var - Gürcüstandan keçdiyi ehtimal edilir
Azərbaycanda tək-tək hallarda qızılcaya yoluxma halları aşkarlanıb, yoluxma hallarının çox payı isə Bakıya düşüb.
 
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Qonşu ölkə Gürcüstanda yanvarın 1-dən sonra qızılcaya 312 yoluxma hadisəsinin qeydə alındığını xatırladan mərkəz rəsmisi qeyd edib ki, ölkədə səpkili xəstələrdən alınan müayinə materialları (qan) Taun Əleyhinə Stansiyada yoxlanılıb:

"Noyabrın sonlarından indiyədək götürülən müayinə materialları nəticəsində tək-tək hallarda böyük yaşlı əhali arasında qızılcaya şübhəli xəstələr aşkarlanıb. Bu hal uşaqlar arasında da cox az sayda qeydə alınıb. Şübhəli xəstələrdən götürülmüş laborator müayinələr nəticəsində tək-tək hallarda əsasən, böyüklər arasında qızılcaya yoluxma öz təsdiqini tapıb”.

RGEM rəsmisi bildirib ki, qızılcaya yoluxan insanlar vaxtilə yaşına görə peyvənd olunmayan insanlardır:

"Bu xəstəliyin profilaktikası əsas yol peyvəndin aparılmasıdır. Əgər uşaq və ya böyük peyvənd olunubsa, onda xəstəliyə qarşı uzunmüddətli immunitet yaranır və yanında xəstə insan olduqda xəstələnmir. Ona görə də tövsiyə edərdik ki, uşaqlar peyvənd edilsin. Nəzərə almaq lazımdır ki, hazırda Avropanın bütün ölkələrində, bizimlə həmsərhəd olan ölkələrdə qızılca xəstələrinin sayı həddindən artıq çoxdur”.

 

Azərbaycanda qeydə alınan qızılcanın Gürcüstandan Azərbaycana keçmə ehtimalına gəldikdə isə, A.Əliyeva qeyd edib ki, yoluxma hallarının ölkəyə gətirilmə hal olduğu ehtimal edilir:

"İnsanlar bəzən tam məlumatı vermək istəmirlər. Ancaq məlumatı tam verməsələr də bildirirlər ki, Gürcüstanla əlaqələri var. Biz hesab edirik ki, xəstəlik Gürcüstandan gətirilib. Aydındır ki, hər bir yoluxan xəstənin Gürcüstanla əlaqəsi ola bilməz. Amma nəzərə alınmalıdır ki, xəstəliyi adətən, ilk dəfə 1-2 nəfər gətirir, ondan sonra isə xəstəlik digər insanlara keçərək yayılır”.

Mərkəzin direktor müavini bunu da əlavə edib ki, Azərbaycanda qızılcaya yoluxma sonuncu dəfə 2013-cü ilin yanvar-iyul aylarında qeydə alınmışdı. Həmin ilin iyul ayından sonra isə Azərbaycanda qızılcaya yoluxma baş verməmişdi.

A.Əliyeva bildirib ki, hazırda Azərbaycanda tibb müəssisələri tərəfindən səpkili xəstələrin aşkar olunması, onların laborator müayinələrə cəlb olunması üçün epidemioloji nəzarət aparılır.

Xatırladaq ki, ötən il Gürcüstanda qızılcaya 2000-2200 yoluxma halı olub. Bu il isə yoluxma hallarının sayı 312 olubQızılcaya yoluxma halları ən çox Kaxeti və İmereti bölgələrində qeydə alınıb. Xəstəliyə yoluxma hallarının 56 faizi 20-40 yaş arası vətəndaşların, 8 faizi isə 0-1 yaş arası uşaqların payına düşür.


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...