Gürcüstana avtomobillə gedənlər bunları bilməlidi - VİDEO

Gürcüstana avtomobillə gedənlər bunları bilməlidi -  VİDEO
Yay mövsümündə insanların bir çoxu istirahət məqsədilə xarici ölkələrə öz avtomobili ilə səfər edir. Bu səfərlər zamanı isə qəzalar da qaçılmaz olur. Əksər ölkələr məhz bu səbəbdən sərhəddən daxil olan hər bir maşını məcburi qaydada sığortaya cəlb edir.

Amma Gürcüstanda ümumiyyətlə avtomobillərin icbari sığortası yoxdur. Əgər siz öz avtomobilinizlə Gürcüstanda qəzaya uğrasanız, nə baş verəcək?

Gürcüstan bu gün dünyada icbari avtomobil sığortasının mövcud olmadığı az sayda ölkələrdən biridir, SFERA.AZ  anspressə istinadən xəbər verir. 


2014-cü ildə hökumət icbari sığortanın tətbiqi ilə bağlı məsələni gündəmə gətirsə də, sonda hələ hazır olmayan qanun layihəsinin 2017-ci ildən qüvvəyə minməsi qərara alındı. Ölkə rəhbərliyi layihəni təxirə salmasını insanların maddi vəziyyətinin yaxşı olmaması ilə əsaslandırır.

Gürcüstanda icbari sığortanın olmaması bu ölkəyə müvəqqəti səfər edən xarici avtomobillərin də taleyini sual altında qoyur. 

Burada ən çox görünən Azərbaycan nömrəli avtomobillərdir ki, onların da yol-nəqliyyat hadisəsinə məruz qaldıqları zaman tərəflərin hər hansı bir sığorta məsuliyyətindən söhbət gedə bilməz.

“Bizim yollarda 1 milyon gürcü maşını, bir neçə yüz min qonaq avtomobil hərəkət edir. Onların da böyük əksəriyyəti azərbaycanlılara aiddir və təəssüf ki, həmişə nə isə baş verir. Lakin elə bir sistem yoxdur ki, bu hadisələri tənzimləsin. Bir sözlə qonaqlarımızın nəqliyyat vasitələri qanun çərçivəsində qorunmur, bu faktdır”, – deyə Sığorta Şirkətləri Assosiasiyasının sədri Devi Xeçinaşvili bildirib.

Dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda xarici ölkə avtomobillərinin məcburi qaydada sığortalanması elə gömrük keçid məntəqəsindəcə reallaşır.

Hələlik Gürcüstanda bu sistem olmadığından Azərbaycan tərəfi avtomobil sahiblərinə könüllü qaydada sığortalanmağı tövsiyyə edir.

“Şüurlu vətəndaşlar müraciət edir sığorta şirkətinə, könüllü qaydada sığortalanır. Deyim ki, onların sayı çox azdır. Könüllü sığorta onların Gürcüstan ərazisində məsuliyyətini sığortalayır”, – deyə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov qeyd edib.

Bu cür ehtiyat tədbiri görməyənlər isə yad ölkədə yarana biləcək əlavə xərcləri və ciddi problemləri nəzərə almalıdır.

Sfera.az

Читать полностью: //news.day.az/society/603150.html

OXŞAR XƏBƏRLƏR

Almaniyada prezident parlamenti buraxdı - Növbədənkənar seçki olacaq

Almaniyda koalisiya hökumətinin dağılmasından sonra erkən seçkilərə qərar verilib. Prezident Frank-Valter Ştaynmayer kansler Olaf Şolzun üçtərəfli koalisiyasını...

Ukrayna XİN başçısı Azərbaycana başsağlığı verdi

Ukrayna Xarici işlər naziri Andrii Sybiha AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana ba...

"ABŞ iflasla üzləşə bilər" - Maskdan HƏYƏCAN TƏBİLİ

"Milli borcla bağlı vəziyyət dəyişməsə, ABŞ iflasla üzləşə bilər".   Sfera.az xəbər verir ki, bunu biznesmen İlon Mask “X” sosi...

Qəzadan sağ çıxan bələdçi hadisəni ANBAAN DANIŞDI: "Hökümə xanımla danışırdım"

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ çıxan stüardessa Aydan Rəhimli qəza anında yaşadıqlarından danışıb.   Sfera.az "X...

Bakıda avtomobillərdən oğurluq edildi

Nizami rayonu rayonu ərazisində 3 avtomobildən maqnitofon oğurlanması barədə polisə məlumatlar daxil olub.    Sfera.az xəbər verir ki, Niza...

Xankəndidə 34 ildən sonra ilk dəfə "Qış nağılı" bayram yarmarkası keçirilir

Xankəndi şəhərində 34 ildən sonra ilk dəfə "Qış nağılı" bayram yarmarkası keçirilir.   Sfera.az report-a istinadən xəbər verir ki, Dün...