Futbolda korrupsiyanı araşdıran jurnalist öldürüldü

11:30 / 18.01.2019
1583
Daha bir jurnalist peşə fəaliyyətini həyata keçirərkən öldürülüb.
Sfera.az xəbər verir ki, Qananın paytaxtı Akrada futbolda korrupsiya qalmaqalını araşdıran Əhməd Hüseyn Suale güllələnib.
Jurnalist işdən çıxdıqdan az sonra motoskletli qatillərin hədəfinə tuş gəlib.
Qana prezidenti Afuko-Addo cinayətkarların tezliklə tapılması üçün polisə göstəriş verib.