Tarixçi-deputat Nəsimi haqqında: “Biz onların məzarlarını bura yığa bilmərik”

Tarixçi-deputat Nəsimi haqqında: “Biz onların məzarlarını bura yığa bilmərik”
"Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında” sərəncamı Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Bu sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük razılıqla qarşılanıb. 2019-cu ilin "Nəsimi ili” elan edilməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək”.
 
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.
 
Onun sözlərinə görə, sərəncamda qeyd edildiyi kimi, "Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir.
 
"Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin heykəli ucaldılıb və şair haqqında məşhur bədii film çəkilib.
 
Ulu öndər Heydər Əliyev kimi, İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan və inkişaf etdirən Prezidentdir. Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunan və ssenari müəllifi olduğum "Dahi azərbaycanlı” filmində (2013) onun təşəbbüsü və tapşırığı ilə çəkilən "Nəsimi”, "Babək”, "Dədə Qorqud” və "Nizami” filmləri barədə məlumat verilib”.
 
Deputat bildirib ki, Nəsimi dövrü və onun fəlsəfi görüşləri lazımınca araşdırılmayıb.
"Onun ustadı Fəzlullah Nəimi hürufilik elmi-fəlsəfi cərəyanının banisidir. Sovet dönəmində Nəsiminin din əleyhinə olduğu iddia edilir, əslində isə o, dinin əleyhinə deyildi. O, dində islahatların tərəfdarı idi. Nəsiminin dində islahatlar təklifi orta əsr Avropasındakı dini islahatlardan daha öncə baş verib. Bəşəri dəyərlərə, insana sevgiyə və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının əsas xəttidir”.
 
Akademik Nəsiminin məzarının Hələbdən Azərbaycana gətirilməsi haqda iddialara da münasibət bildirib.
 
"60 milyonluq Azərbaycan xalqı dünyanın hər yerində öz tarixini yaradıb. Biz onların məzarlarını bura yığa bilmərik. Ən görkəmli adamlarımız harada yaşayıb-yaradıbsa, dəfn olunubsa, bizim orda tariximiz var. Tariximizə toxunmaq olmaz. Və Nəsiminin məzarının Hələb şəhərində qalmasının tərəfdarıyam.
 
Bilirik ki, böyük mütəfəkkirimiz Rəsul Rza Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib. Mən o zaman bu məsələlərlə bağlı Rəsul Rzayla çoxsaylı söhbətlər etmişəm. O, Nəsiminin məzarının aşkar olunması və qorunub saxlanılmasında mühüm rol oynayıb”.
 
Y.Mahmudov onu da bildirib ki, Tarix İnstitutu bu il Şamaxı şəhərində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək. Modern.az


OXŞAR XƏBƏRLƏR

Kraliça Mari Antuanettanın bir tutam saçı hərracda fanastik qiymətə alınıb

Kraliça Mari Antuanettanın şüşə altındakı mis medalyonda bir tutam boz saçı 7500 avroya satılıb. Rəvayətə görə, Fransanın son kraliçası 1793-cü ildə gilyotinlə ...

Səhv hamburger sifarişinə görə 1 milyon dollar tələb edir

Hyuston sakini Demeri Ardell Uilson, hamburger bişirmə səhvinə görə Whataburger restoranlar şəbəkəsinə qarşı məhkəmə iddiası qaldıraraq 1 milyon dollara qədər t...

Zelenski Trampla telefon danışıqlarının təfərrüatlarını açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika lideri Donald Tramp arasında iki telefon danışığı olub.   Sfera.az-ın Şərqi Avropa bürosu xəbər ver...

Təqaüdə çıxmaq niyyətində deyil -FOTO

Əksər kino tənqidçilərinin sonuncu hesab etdiyi “Missiya: Mümkün olmayan” franşizasının səkkizinci hissəsinin buraxılışından sonra Tom Kruz təqaüdə ...

Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu - VİDEO

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı müğənni Nüşabə Musayevadır.   Sfera.az bildirir ki, proqramda o, 15 yaşında ana...

Emin Ağalarov: "Əminə ilə fəxr edirəm"

"Bu Əminənin qatıldığı ilk beynəlxalq yarış idi və o, birinci yeri tutdu. Atası olaraq, mən onunla fəxr edirəm".   Sfera.az ...