Fransada Universitetdə partlayış olub

14:33 / 17.01.2019
1905
Fransanın şərqindəki Villerban şəhərində Lion Texniki Universitetinin kampus binasında partlayış baş verib.
"Report” xəbər verir ki, elmi kitabxananın yerləşdiyi binanın təmir olunan dam örtüyündə qaz ballonunda baş verdiyi bildirilən partlayışdan sonra binanın yuxarı hissəsində güclü yanğın başlayıb. Daha sonra da bir neçə partlayış səsi gəlib.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Ətrafdakı sakinlər təxliyyə olunublar.