Qətər suriyalılara 50 milyon dollar yardım ayırdı

Dünya
14:29 / 17.01.2019
1591
Qətərin əmiri Şeyx Tamim ibn Həməd ət-Tani suriyalı qaçqın və köçkünlərə yardım etmək üçün 50 milyon dollar ayırmağı əmr edib.
Məlumata görə, yardım Türkiyə, Livan və İordaniyadakı suriyalı qaçqınlara sərf ediləcək. Yardımların paylanmasına Qətər İnkişaf Fondu və BMT nəzarət edəcək. Qeyd edək ki, təkcə Türkiyədə 3,5 milyondan çox suriyalı qaçqın var.