Çox gəzin, ağıllı olun: Alimlərdən şok araşdırma
18:03 / 17.01.2019
2963
ABŞ alimləri beynin fəaliyyətini artıran vasitə tapdıqlarını bildiriblər.
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aparılan araşdırmalardan sonra bu qənaətə gəlinib ki, fiziki aktivlik beyinə çox faydalıdır.
Tədqiqatda 454 nəfər könüllü iştirak edib. Onlar 20 il müddətində beyin fiziki aktivliyi bağlı müxtəlif testlərdə işirak ediblər. Onlar ölümlərindən sonra da beyinlərinin araşdırılmasına icazə veriblər.
"Bizim araşdırma qrupumuz iştirakçıların ölümlərinə orta hesabla 2 il qalmış fiziki aktivliklərini beyinin fəaliyyətinə təsirini ölçüblər. Sonra biz onların ölümündən sonra onların beyinlərinin parçalarını tədqiq etdik. Aydın oldu ki, fiziki aktivlik beynin müdafiə sistemini gücləndirir”-alimlərdən biri deyib.
Araşdırmada vurğulanır ki, az hərəkət edənlər ağıl atışmamazlığından əziyyət çəkiblər.