Paşinyan qərar verdi: \"Nazirliklərin sayı azalacaq\"

Paşinyan qərar verdi: \
"Ermənistan hökumətində nazirliklərin sayı azalacaq". 

Bu barədə hökumətinin iclasında Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinin tam işləməsi üçün qısa zamanda hökumətin üçdə ikisi formalaşdırılacaq. Qalan nazirlər isə yeni hökumətin strukturu dəqiqləşəndən sonra təyin ediləcək.

Ermənistan hökumətində nazirliklərin sayının 17-dən 12-yə endiriləcəyi gözlənilir.

Qeyd edək ki, Nikol Paşinyan Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən yanvarın 14-də baş nazir təyin edilib. O, büdcə vəsaitlərinə qənaət etmək üçün təkidlə nazirliklərin azalmasını istəyir.

Report.az


OXŞAR XƏBƏRLƏR