İran İraqı yenidən quracaq

12:06 / 17.01.2019
1630
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqa səfəri çərviəsində bir sıra dövlət rəsmiləri ilə görüşüb.
Görüş zamanı o bildirib ki, İran şirkətləri İŞİD terrorundan əziyyət çəkən İraqın yenidən qurulmasında əsas rol oynamalıdırlar. "Dünya həqiqəti bildi. İŞİD-i məğlub edən ABŞ deyil, siz və bizik. Buna görə də İran və İraqa təzyiq göstərməyə başladılar", - deyə Cavad Zərif "Həşd Şabi" komandirləri ilə görüşü zamanı bildirib. Qeyd edək ki, İŞİD 2014-cü ildə İraqın təxminən üçdə birini işğal etmişdi.