Football Leaks-in yaradıcısı həbs edildi
12:16 / 17.01.2019
2322
Macarıstanda Football Leaks-in yaradıcısı hesab edilən xaker tutulub.
30 yaşlı portuqaliyalı Rui Pintu yaxın vaxtlarda öz ölkəsinə akstradisiya ediləcək.
O , Benfikanın elektron sənədlərini ələ keçirməkdə şübhəli bilinir. Xakerin günahı sübut olunacağı təqdirdə 10 il həbsə məhkum edilməsi gözlənilir.
Pintu Football Leaks-in yaradıcı hesab edilir. O, 2015-ci ildən Budapeştdəki qərargahında çalışaraq klubların daxili məlumatlarını sındırmaqla məşğul olub.