Fazil Mustafa: “Rusiyanın səmimiyyəti onda olardı ki...”

Fazil Mustafa: “Rusiyanın səmimiyyəti onda olardı ki...”

"Lavrovun AŞ PA-nın Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışdığını deməsi əslində onun təmsil olunduğu ölkənin özünə müttəfiq axtarmasından qaynaqlanır”

 

Sfera.az-a açıqlamasında bu sözləri Rusiya XİN rəhbərinin AŞ PA-nın Bakıya münasibətdə qərəzli fəaliyyət göstərdiyi barədə fikrinə münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib. Bütün hallarda deputata görə, Moskvanın AŞ PA-da ölkəmizə münasibətdə qərəzli fəaliyyətin olmasını dilə gətirməsi müsbət və düşündürücü haldır:

 

"Siyasətdə heç nə səmimi deyil. Bu mənada Rusiya xarici işlər naziri Sergey Lavrovun AŞ PA-da Azərbaycana qarşı qərəzli fəaliyyət göstərməyə çalışdıqları barədə açıqlaması qeyr-səmimi xarakter daşıya bilər. Amma bütün hallarda Rusiya kimi bir dövlətin AŞ PA-da Azərbaycana qarşı həqiqətən də mənfi münasibətin olduğunu dilə gətirməsi baxımından ölkəmiz üçün zərərli deyil. Bildiyiniz kimi, Rusiya Qərbdə özünə qarşı atılan addımlar fonunda özü üçün müttəfiq axtarışındadır. Bu mənada Moskva özü ilə bərabər Qərb institutlarında Azərbaycanın da təkləndiyini göstərmək istəyir. Ona görə də Rusiyanın həmin narahatlığı müsbət haldır və düşündürücüdür. Moskvanın bu məsələdə bizimlə həmfikir olması Azərbaycan üçün hər hansı bir problem yaratmır. Həqiqətən də AŞ PA-da ölkəmizə münasibətdə ikili standartlar var. Amma Rusiyanın səmimiyyəti onda olardı ki, Ermənistanın işğalı məsələsini də AŞ PA-da qaldırsın, bunu vurğulasın. Bu daha önəmli olardı. Burada söhbət bütövlükdə Azərbaycana qarşı oaln addımlardan gedir ki, onlar həqiqətən də müəyyən problemlər yaradır”.

 

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Şurası Parlament Assambleyasında Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışdıqlarını bəyan edib. Həqiqətən də, AŞ PA bir sıra hallarda Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edir. Onlar haqsız yerə ölkəmizi bir sıra məsələlərdə ittiham edirlər. Bu mənada Lavrov haqlıdır. Ancaq məsələnin digər tərəfinə  gəldikdə, maraqlıdır, Lavrov sözügedən açıqlamasında nə dərəcədə səmimidir? Yoxsa Rusiya rəsmisi bu kimi açıqlamaları verməklə hansısa məqsər güdür?

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Tanınmış reperin həbsxanadan görüntüsü yayıldı - FOTO

“Havhavhav” mahnısı ilə məşhurlaşan reper Süleyman Burak bir müddət əvvəl narkotik istifadəsini təşviq etdiyinə görə həbs edilmişdi. Sfera.az T...

Ukrayna atəşkəs istəyir, Rusiya isə yayınır - İstanbul görüşü nəyi dəyişəcək?

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya 15 may tarixində İstanbulda birbaşa sülh danışıqlarına yenidən başlamağı təklif edib. Ukrayna Prezidenti Volodim...

Xalq artisti “Lamborghini”ni 300-lə sürdü - VİDEO

Xalq artisti Yusif Eyvazov Almaniyada saatda 300 km sürətlə “Lamborghini” idarə edib.   Sfera.az “Qafqazinfo”a istinadən xəbə...

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər - AÇIQLAMA

Bankların kredit faizlərinin yüksək olması vətəndaşların hər zaman şikayətlənməsinə səbəb olur. Onları narahat edən digər məqam isə bəzi bankların kredit ödəniş...

Bəzi yerlərə leysan yağdı

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.   Bu barədə Sfera.az-a Milli Hidrometeoro...

“Dünyanı idarə edən qlobal güc yoxdur” - VİDEO

“Bu gün dünyada 150-dən çox münaqişə var. Bu onu göstərir ki, qlobal idarəçilik bərbad vəziyyətdədir, dünyanın heç kim idarə edə bilmir. BMT belə öz funku...