Jurnalist universitetin qarşısında döyülüb

11:02 / 17.01.2019
1811
Kürdüstan Demokrat Partiyasının nümayəndəsi Xoşəvi Babakr bildirib ki, "Kürdistan 24" telekanalının Moskvadakı müxbiri Xoşəvi Mohammed Rusiya universitetinin qarşısında amansız şəkildə döyülüb.
Onun sözlərinə görə, Mohammed müxtəlif dərəcəli xəsarət alaraq ağır vəziyyətdə Botninsk xəstəxanasına yerləşdirilib.
"Biz tezliklə bu cinayətin araşdırılmasını tələb edirik", - deyə Babakr vurğulayıb.