Ermənistan sakini minaya düşdü -ayağı kəsildi

21:46 / 16.01.2019
3696
Ermənistanın Tavuş rayonunun Barekamavan kəndində mina partlaması baş verib.
Bu haqda erməni saytları məlumat yayıb. Barekamavan kənd icmasının keçmiş rəhbəri Qareq Abazyan da məlumatı təsdiqləyib. Onun sözlərinə görə, 30 yaşlı kənd sakini Arman Mikaelyan Azərbaycanla sərhədə yaxın ərazidə minaya düşüb. Partlama nəticəsində ağır yaralar alan A.Mikaelyan mərkəzi xəstəxanaya yerləşdirilib və ayağı amputasiya edilib. Onun vəziyyəti ağır olaraq qalır. Moderator